Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəhid anası Nübar Xudaverdiyeva nəvəsinin, Bakı şəhər sakini Musa Hüseynov isə oğlunun daxili işlər orqanlarına qəbul edilməsində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə edirlər.

Gədəbəyin Düzyurd kəndindən Qasılmovlar ailəsi DİN-ə ünvanladıqları təşəkkür məktubunda üzləşdikləri problemin həllində göstərdiyi köməyə görə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elçin Axundzadə ona dəymiş ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Könül Hüseynov göstərdikləri səmimiyyətə, diqqət və qayğıya görə DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edir.

Bakı şəhər sakini Azay Rzayev DİN-ə ünvanladığı məktubunda şikayətinə operativ və obyektiv baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Nəsimi RPİ-nin 22-ci Polis bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Təqaüddə olan polis mayoru Əvəz Əliyev səhhətində yaranan problemin aradan qaldırılmasında ona göstərdikləri diqqət və qayğıya görə DİN-in A.Heydərov adına Respublika Hospitalının bütün tibbi personalına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nəriman Əsədov DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətə baxılmasına və ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ruslan İsayev DİN-ə ünvanladığı məktubunda etdiyi müraciətə baxılmasına və göstərilən köməkliyə görə Baş Pasport və Qeydiyyat İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Siyəzən rayon sakini Məsumə Məmmədova DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ və obyektiv baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.