Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.03.2020 - Daxili İşlər Nazirliyinin təqaüdçüsü, “QULP” İctimai-siyasi satirik qəzetin...
Daxili İşlər Nazirliyinin təqaüdçüsü, “QULP” İctimai-siyasi satirik qəzetin redaktoru Bilal Vəliyev DİN-in A.N.Heydərov adına Hospitalında müalicə alarkən göstərilən diqqət və qayğıya, eyni zamanda yaradılmış hərtərəfli şəraitə görə DİN rəhbərliyinə və Hospitalın şəxsi heyətinə minnətdarlığını ifadə edir.
17.03.2020 - Bakı şəhər sakini Rəşad Nəcəfov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Rəşad Nəcəfov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə operativ və obyektiv şəkildə baxılaraq probleminin həllini tapmasına göstərdikləri köməyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşdıqlarına görə Azərbaycan Polisinin fəaliyyətini yüksək dəyərləndirir.
17.03.2020 - Bakı şəhər sakini Zaur Sadıqov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq...
Bakı şəhər sakini Zaur Sadıqov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda baş vermiş oğurluq hadisəsinin isti izlərlə açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinə xidməti fəaliyyətində uğurlar diləyir.
17.03.2020 - Bakı şəhər sakini Xanım Nəbiyeva şikayətinə obyektiv baxılaraq hüquqlarının...
Bakı şəhər sakini Xanım Nəbiyeva şikayətinə obyektiv baxılaraq hüquqlarının qorunmasında ona göstərdikləri köməyə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.
16.03.2020 - Vətəndaş Eldar Mustafayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda...
Vətəndaş Eldar Mustafayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının xidməti fəaliyyətindən razılıq edir, vətəndaşlara göstərdikləri köməkliyə görə onlara minnətdarlığını bildirir.
16.03.2020 - Balakən rayon sakini Esmira Amaşova DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Balakən rayon sakini Esmira Amaşova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xəstəxanada müalicə aldığı müddətdə orada təhlükəsizliyi təmin edən mühafizə polisinin əməkdaşı Aydın Məmmədliyə insanlarla xoş ünsiyyətə, onlara göstərdiyi köməkliyə görə öz minnətdarlığını bildirir.
16.03.2020 - Bakı şəhər sakini Aybəniz Abdulova üzləşdiyi problemlə əlaqədar etdiyi...
Bakı şəhər sakini Aybəniz Abdulova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və xidməti vəzifə borclarının öhdəsindən layiqincə gələn Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.
16.03.2020 - Bakı şəhər sakini Afaq İsayeva evinin oğurlanması ilə əlaqədar etdiyi...
Bakı şəhər sakini Afaq İsayeva evinin oğurlanması ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasına, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.03.2020 - Bakı şəhər sakini Məkan Zeynalov borcunu ödəməkdən boyun qaçıran şəxsin...
Bakı şəhər sakini Məkan Zeynalov borcunu ödəməkdən boyun qaçıran şəxsin saxlanılaraq haqqında qanuni tədbirin görülməsinə, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.