Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Zaur Sadıqov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda baş vermiş oğurluq hadisəsinin isti izlərlə açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinə xidməti fəaliyyətində uğurlar diləyir.

Bakı şəhər sakini Xanım Nəbiyeva şikayətinə obyektiv baxılaraq hüquqlarının qorunmasında ona göstərdikləri köməyə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

“Polisazerbaycan” adlı “İnstagram” səhifəmizin izləyicisi (rrrs_sevane) səhifəyə yazdığı mesajda aliment borcu olan şəxsın saxlanılmaması ilə əlaqədar müraciət etmişdi.

Vətəndaş yenidən səhifəyə yazaraq həmin şəxsin saxlanılmasına və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.

Ağcabədi rayon sakini Məhəmməd Səfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Ağcabədi RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şabran rayon sakinlari Taleh Mənsimov, Nurəli Qasımov və Azər Qasımov DİN-ə ünvanladıqları təşəkkür məktublarında müraciətlərinə operativ baxılaraq həll edildiyinə görə DİN rəhbərliyinə və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına minnətdarlıq edirlər.

Bakı şəhər sakini Yelmar Mustafayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda oğlunun telefonunun dələduzluq yolu ilə alınması barədə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət etdiyini qeyd edir. Müraciətinə operativ baxılaraq müsbət həll olunduğunu qeyd edən Y.Mustafayev Binəqədi RPİ-nin və 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

İmişli şəhər sakini, jurnalist Məhbub Zülfüqarlı Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemin operativ və obyektiv həll olunması ilə bağlı DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Qusar rayon sakini, 46 il müəllim və xeyli müddət məktəb direktoru işləmiş Didar Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində rayonda asayişin etibarlı qorunduğunu və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək özü və ailəsi adından DİN rəhbərliyinə, həmçinin Qusar Rayon Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elnur Əkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus avtomobilinin oğurlanması ilə bağlı etdiyi mürciətə operativ baxılmasına, maşınının tez bir zamanda tapılmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə Nizami RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.