Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.04.2020 - Astara şəhər sakini Etimad Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara şəhər sakini Etimad Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadəyə minnətdarlığını ifadə edir.
24.04.2020 - Yardımlı rayonunun Ostayır kənd sakini Naibxan İmanov DİN rəhbərliyinə...
Yardımlı rayonunun Ostayır kənd sakini Naibxan İmanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyasının qaşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin təmin olunması məqsədilə görülən tədbirlərə, əhali arasında aparılan maarifləndirmə işlərinə görə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
24.04.2020 - Astara şəhər sakini Asif Hacıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara şəhər sakini Asif Hacıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə və vətəndaşlara qarşı sərgilədikləri yüksək mədəni davranışa görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarından razılığını bildirir.
24.04.2020 - Yardımlı rayonunun Alar kəndinin sakini İlyas Əbilov DİN rəhbərliyinə...
Yardımlı rayonunun Alar kəndinin sakini İlyas Əbilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində həyata keçirilən təqdirəlayiq tədbirlərə görə Yardımlı Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
24.04.2020 - Astara rayonunun Ərçivan qəsəbəsinin sakini Cavid Lütfiyev DİN rəhbərliyinə...
Astara rayonunun Ərçivan qəsəbəsinin sakini Cavid Lütfiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qohumları ilə aralarında torpaq üstündə yaranan münaqişənin həllini tapmasında göstərilən köməkliyə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
24.04.2020 - Astara şəhər sakini Səidə Axundova DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara şəhər sakini Səidə Axundova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciətin obyektiv şəkildə araşdırılmasına görə RPŞ-nin təhqiqat bölməsinin rəisi, polis mayoru Rauf Aslanova və bölmənin təhqiqatçısı Samir Rəsulluya minnətdarlığını bildirir.
24.04.2020 - Bakı şəhər sakini Sakit Əsgərov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Bakı şəhər sakini Sakit Əsgərov DİN-ə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətini yüksək dəyərləndirir.
23.04.2020 - Bakı şəhər sakini Elnur Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Elnur Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda qardaşının mənzilindən və öz avtomobilindən edilmiş oğurluq faktları ilə bağlı müraciətinə Bakı Şəhər Baş Polis İdasrəsinin İstintaq və Təhqiqat İdarəsində operativ baxılaraq qəbul edildiyinə və diqqətlə yanaşıldığına görə minnətdarlığını bildirir.
23.04.2020 - Saatlı rayonunun Azadkənd kənd sakini Elnur Kərimov Daxili İşlər Nazirliyinə...
Saatlı rayonunun Azadkənd kənd sakini Elnur Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri təqdir edir. O, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, gecə-gündüz xidmət aparan bütün polis əməkdaşlarına, o cümlədən rayon ərazisində yaşı 65-dən yuxarı olan və aztəminatlı ailələrə ərzaq yardımları edilməsinə görə Saatlı Rayon Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlığını bildirərək çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.