Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Neftçala şəhər sakini Rüfət Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyasının qaşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ərəfəsində əhali arasında aparılan maarifləndirmə işlərinə və həyata keçirilən təhlükəsizlik tədbirlərinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Bərdə rayonunda müvəqqəti məskunlaşmış Ağdam rayon sakini Məhərrəm Gülməmmədov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Bərdə RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağdam rayon sakini Rəfayıl Atayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşları tərəfindən rayon ərazisində ümumən cinayətkarlığa, xüsusən də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərini yüksək qiymətləndirir, buna görə DİN rəhbərliyinə və Ağdam RPŞ-nin şəxsi heyətinə təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Sabirabad rayon sakini Elman Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri təqdir edir. Öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, gecə-gündüz xidmət aparan polis əməkdaşlarına, o cümlədən Sabirabad Rayon Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirən E.Əliyev çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.

Abşeron rayon sakini Samir Omarov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ 12-ci Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Mingəçevir şəhər sakini Arzu Səfərov itkin düşən qızının tez bir zamanda tapılaraq onlara təhvil verilməsinə görə DİN rəhbərliyinə və Şəhər Polis Şöbəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Ağdam rayon sakini Elşad Əhmədov ölkəmizdə koronovirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Quba rayon sakini Yaqub Orucov ona məxsus rayon ərazisində yerləşən mağazadan oğurluq edilməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasına, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə ölkə başçısına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Astara rayonunun bir qrup sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyasının qaşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin təmin olunması məqsədilə görülən tədbirlərə, əhali arasında aparılan maarifləndirmə işlərinə görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.