Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.06.2020 - Feysbuk izləyicimiz Şaiq Poluyev səhifəyə yazdığı mesajda Saatlı rayonu...
Feysbuk izləyicimiz Şaiq Poluyev səhifəyə yazdığı mesajda Saatlı rayonu ərazisində bank qarşısında növbə gözləyən vətəndaşlara xidmət göstərən Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.06.2020 - İnstagram səhifəmizin izləyicisi, əcnəbi vətəndaş Mahbube Sarani üzləşdiyi...
İnstagram səhifəmizin izləyicisi, əcnəbi vətəndaş Mahbube Sarani üzləşdiyi dələduzluq hadisəsilə əlaqədar etdiyi müraciətə operativ baxıldığına və ona dəyən ziyanın tam ödətdirildiyinə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.
20.06.2020 - İnstagram izləyicimiz Fuad Aslanın mesajı: “Salam Azərbaycan Polisi,...
İnstagram izləyicimiz Fuad Aslanın mesajı: “Salam Azərbaycan Polisi, Azərbaycan Əsgəri! Biz birlikdə Güclüyük! Biz birlikdə Xalqıq! Biz birlikdə Vətənin keşiyində ayıq-sayıq olmalıyıq,biz birlikdə Vətənin namusunu qeyrətini çəkməliyik! Yaşasın Azərbaycan Polisi!”
20.06.2020 - Bakı şəhər sakini Azər Nəsirov ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi...
Bakı şəhər sakini Azər Nəsirov ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, gecə-gündüz xidmət aparan bütün polis əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
20.06.2020 - Saatlı rayon sakini Rövşən Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Saatlı rayon sakini Rövşən Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində cinayətkarlığa qarşı mübarizədə polisin atdığı qətiyyətli addımlara görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
19.06.2020 - Bakı şəhər sakini Rəfi Məmmədov qanunun aliliyinin, insan hüquq və...
Bakı şəhər sakini Rəfi Məmmədov qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, eləcə də fədakar xidmətlərinə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
19.06.2020 - Vətəndaş Rəmzi Dədəkişiyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə...
Vətəndaş Rəmzi Dədəkişiyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını yazır.
19.06.2020 - Bakı şəhər sakini Tural Abuşov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə...
Bakı şəhər sakini Tural Abuşov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
19.06.2020 - Bakı şəhər sakini İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə...
Bakı şəhər sakini İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin şəxsi heyətinə minnətdarlığını ifadə edir.