Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.02.2021 - Biləsuvar rayon sakini İlkin Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Biləsuvar rayon sakini İlkin Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödənilməsinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
10.02.2021 - Astara rayon sakini Arif Əbilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara rayon sakini Arif Əbilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus çayxanadan oğurluq edən şəxsin müəyyən edilərək saxlanılmasına və oğurlanan əşyaların qaytarılmasına görə Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.
10.02.2021 - Astara rayonunun Çayoba kənd sakini Güllü Məmmədova DİN rəhbərliyinə...
Astara rayonunun Çayoba kənd sakini Güllü Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Astara Rayon Polis Şöbəsinə etdiyi müraciətin müsbət həllini tapmasına görə minnətdarlığını ifadə edir.
10.02.2021 - Astara rayonunun Təngərüd kənd sakini Ağaddin Davudov DİN rəhbərliyinə...
Astara rayonunun Təngərüd kənd sakini Ağaddin Davudov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciətin obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.
10.02.2021 - Bakı şəhər sakini Günay Qurbanlı pozulmuş hüquqlarının bərpası ilə bağlı...
Bakı şəhər sakini Günay Qurbanlı pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Bakı şəhər Baş Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Bakı ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
10.02.2021 - Bakı şəhər sakini Mətanət Şeydullayeva üzləşdiyi oğurluq hadisəsi ilə...
Bakı şəhər sakini Mətanət Şeydullayeva üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarın tutulmasına, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Bakı ŞBPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
10.02.2021 - Ağcabədi rayon sakini Kəmalə Bağırova qonşusu ilə arasında yaranmış problemlə...
Ağcabədi rayon sakini Kəmalə Bağırova qonşusu ilə arasında yaranmış problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Ağcabədi RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.
10.02.2021 - Bakı şəhər sakini Aysel Xəlilova məktubunda üzləşdiyi dələduzluq faktı ilə...
Bakı şəhər sakini Aysel Xəlilova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparıldığına və müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və bu işdə zəhməti keçən polis əməkdaşlarına təşəkkürünü bildirir.
10.02.2021 - Bakı şəhər sakini Müşviqə Cahandarova DİN rəhbərliyinə ünvanladığı məktubunda...
Bakı şəhər sakini Müşviqə Cahandarova DİN rəhbərliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə baxılaraq obyektiv araşdırma aparıldığına, müsbət həll olunaraq ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.