Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Aynur İsmayılova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nəriman Behbudzadə Azərbaycan polisinə ünvanladığı təşəkkür məktubunda yazır: “Daxili İşlər Nazirliyi biz vətəndaşların müraciətlərinə hər zaman operativ yanaşır, bu da bizdə ictimai nəzarət işində ruh yüksəkliyi yaradır. Hər il olduğu kimi bu ildə etdiyim müraciət qanunla araşdırıldı. Təhlükəsizliyimizi təmin etdiyiniz üçün təşəkkür edirəm. Sizlərə xeyirli, sağlıqlı, uzun ömür arzulayıram”.

Bakı şəhər sakini Tamerlan Şirinov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciəti ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində obyektiv araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırmalara və operativliyə görə 12-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır. 

Jurnalist İfadə Cəfərzadə “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı postda polis əməkdaşları tərəfindən heyvanlara göstərilən qayğını və xoş rəftarı yüksək qiymətləndirib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Bakı şəhər sakini Vəfa Həsənova təşəkkür məktubunda yazır: “Daxili İşlər Nazirliyinin rəhbərliyinə və polislərimizə minnətdaram. Şikayətimlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin və Abşeron rayon Polis İdarəsinin əməkdaşları qısa müddət ərzində mənimlə əlaqə saxladı və məni narahat edən problem həll edildi. Var olsun, Azərbaycan polisi”.

Vətəndaş Anar Mürüdov məktubunda sosial şəbəkədə aldadılaraq pulunun mənimsənilməsilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirildiyini qeyd edir. O, operativliyə, obyektiv araşdırmalara və maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Şəhid bacısı Sevinc Cəfərova müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Vətəndaş Sevil Məmmədova şikayətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Nizami RPİ 24-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını bildirir.

Vətəndaş Leyla İlyasova müraciətinə operativ və obyektiv şəkildə baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.