Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sabirabad rayon sakini Elnur Mirzaxanov xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində fəal iştrakına görə Sabirabad RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına təşəkkür edir.

Saatlı rayon sakini Ülvi Cabbarov etdiyi müraciətə operativ baxıldığına və müsbət istiqamətdə həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkür edir.

İmişli rayon sakini Elçin Əvəzov etdiyi müraciətin müsbət həll olunduğuna və ona dəymiş maddi ziyanın ödətdirildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Yasəf Qənbərov məktubunda müraciəti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsində yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir. Əlil olan Y.Qənbərov ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Müşafərim Əliyeva üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Neftçala şəhər sakini Arzu Əliyeva şəhid oğlunun dəfn mərasimində göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Neftçala RPŞ əməkdaşlarına dərin təşəkkürünü bildirir.

Şəhid atası Qarayev Muxtar Ələsgər oğlu digər oğlunun daxili işlər orqanlarına xidmətə qəbul olunması və özünün DİN-in Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalında müalicə alması ilə bağlı DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Sənan Ələsgərov DİN-ə ünvanladığı məktubunda etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayon sakini Azər Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda mənzilindən oğurluq edən şəxsin müəyyən edilərək saxlanılmasına və oğurlanmış əşyaların özünə qaytarılmasına görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.