Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Natella Cabbarova DİN-ə ünvanladığı məktubunda şikayətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında göstərdikləri köməyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağdam rayon sakini Məhərrəm Ələsgərov ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini Xəlilulla Süleymanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Quba rayonunun Zərqova kəndində yerləşən ata evindən oğurluq edilməsi ilə bağlı Quba RPŞ-yə etdiyi müraciətin peşəkarlıqla araşdırılaraq cinayətkarların məsuliyyətə cəlb olunmasında göstərdikləri xidmətə görə DİN, Quba RPŞ rəhbərliyinə və bütün polis əməkdaşlarına minnətdarlığını bildirir.

Xaçmaz rayon Ç.Abdullayev adına 2 saylı tam orta məktəbin şagird və müəllim kollektivi DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda təhsil müəssisəsində narkotik maddələrin zərərləri barədə keçirilən tədbirə, həmçinin şəhid Ç.Abdullayevin büstünün yenidən qurulmasında və ətrafının abadlaşdırılmasında göstərdikləri köməyə görə Xaçmaz RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildirirlər.

Göygöl rayon Yeni Zod kənd sakini Reyhan Hacıyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda, nəvəsinin törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı müraciətinə qısa müddətdə baxılaraq obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Lənkəran rayonunun Havzava kənd sakini Aşurəli Kərimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda onunla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə edilən müraciətin təhqiqat bölməsinin təhqiqatçısı Mustafa Mustafazadə tərəfindən obyektiv şəkildə araşdırıldığını bildirir və minnətdarlığını ifadə edir.

Masallı rayonunun Qızılavar kənd sakinləri Məhraməli Fətullayev və İntiqam Mahmudov öz təşəkkür məktubunda müraciətlərinin obyektiv şəkildə araşdırılmasına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Salyan rayon sakini Esmira Mehdiyeva şikayət ərizəsinə vaxtında baxıldığına və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ucar rayon sakini Vahid İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Ucar RPŞ-nin rəisi Eldar Paşayevdən razılığını ifadə edir.