Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.06.2020 - İsmayıllı rayonunun Kəlbənd bələdiyyəsinin sədri Maqsud Mürsəlov Daxili İşlər...
İsmayıllı rayonunun Kəlbənd bələdiyyəsinin sədri Maqsud Mürsəlov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayonun Qazmalar kənd sakini olan bir nəfər tərəfindən həmin kənddə ümumi istifadədə olan örüş torpaq sahəsinin hasara alınaraq zəbt olunması barədə müraciətinə İsmayıllı RPŞ-də operativ baxılaraq obyektiv araşdırma aparıldığını qeyd edir.
O, müraciətinə dərhal reaksiya verildiyinə, həmçinin zəbt olunmuş həmin ərazidə qanunsuz çəkilmiş çəpərin sökülməsinə və kənd sakinlərin narazılığına son qoyulmasında göstərdikləri köməkliyə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.11.06.2020 - Baki şəhər sakini Qurban Məmmədzadə etdiyi müraciətə operativ reaksiya...
Baki şəhər sakini Qurban Məmmədzadə etdiyi müraciətə operativ reaksiya verilərək öz həllini tapdığı üçün DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.
11.06.2020 - Bakı şəhər sakini Afaq Sadıxova yaşadığı ərazidə qanunsuz taksi fəaliyyəti...
Bakı şəhər sakini Afaq Sadıxova yaşadığı ərazidə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər barədə tədbir görüldüyünə və məsələnin həll edildiyinə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin 12-ci PB-nin əməkdaşlarına təşəkkür edir.
11.06.2020 - Mingəçevir şəhər sakini Aqil Bəkirov etdiyi müraciətə həssaslıqla yanaşılaraq...
Mingəçevir şəhər sakini Aqil Bəkirov etdiyi müraciətə həssaslıqla yanaşılaraq tez bir zamanda həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.06.2020 - Şəki rayon sakinləri Ovçu Ağabalayev, Qərib Qurbanov, Nemət Əhmədov və Arif...
Şəki rayon sakinləri Ovçu Ağabalayev, Qərib Qurbanov, Nemət Əhmədov və Arif Əliyev daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
11.06.2020 - “polisazerbaycan” səhifəsinin izləyicisi İlkin Abbasov səhifəyə yazdığı...
“polisazerbaycan” səhifəsinin izləyicisi İlkin Abbasov səhifəyə yazdığı mesajda avtomobilində yaranmış nasazlığın aradan qaldırılmasında göstərdikləri köməkliyə görə Dövlət Yol Polisi əməkdaşlarına minnətdarlıq edir.
11.06.2020 - Feysbuk səhifəmizin izləyici Rəşad Zeynalov səhifəmizə yazdığı mesajda...
Feysbuk səhifəmizin izləyici Rəşad Zeynalov səhifəmizə yazdığı mesajda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, gecə-gündüz xidmət aparan bütün polis əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.06.2020 - Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Aqil Ədilov DİN-ə göndərdiyi...
Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Aqil Ədilov DİN-ə göndərdiyi məktubunda iyunun 4-də evlərində baş vermiş qaz partlaması nəticəsində xəsarət almış oğlunu şəxsi avtomobili ilə xəstəxanaya apararkən yolda xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarına kömək üçün müraciət etdiyini bildirir. Yol polisi əməkdaşları onu müşaiyət edərək təcili xəstəxanaya çatdırıblar.
O, övladının həyatının xilas olunmasında göstərdikləri köməkliyə və humanistliyə görə YPX əməkdaşlarına təşəkkürünü bildirir.10.06.2020 - Samux rayon sakini Rövşən Bədəlov qanunun aliliyinin, insan hüquq və...
Samux rayon sakini Rövşən Bədəlov qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, eləcə də fədakar xidmətlərinə görə DİN rəhbərliyinə və Samux RPŞ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.