Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Masallı rayon sakini Kəmaləddin Şükürov pulunu dələduzluq yolu ilə alan şəxsin qısa zaman kəsiyində qanuna təslim edilməsində, dəymiş ziyanın tam ödətdirilməsində göstərdikləri köməyə görə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanova minnətdarlığını ifadə edir.

Zəngilan Rayon Polis Şöbəsinin Veteranlar Şurasının üzvləri veteranlara göstərdiyi diqqət və qayğıya, üzləşdikləri problemlərə həssaslıqla yanaşdığına görə DİN rəhbərliyinə təşəkkür edirlər.

Sabunçu rayon sakini Elmira Sadıqova RPİ-nin fəaliyyətini təqdir edir, həmkarlarımıza xidmətdə uğurlar arzulayır.

Zaqatala rayon sakini İsmayıl Abdilov etdiyi müraciətə obyektiv yanaşdığına və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə RPŞ-nin əməkdaşı Zaur Quştarova təşəkkürünü bildirir.

Bakı şəhər sakini, Milli Qəhrəman İsgəndər Aznaurovun həyat yoldaşı Gülxanım Aznaurova yazır ki, ötən il ömür-gün yoldaşının döyüşlərdə iştirak etdiyi əraziləri görmək üçün Gədəbəyin Şınıx bölgəsinə gedib. Həmin ərəfədə telefonunu naməlum şəraitdə itirib. Bununla bağlı Saratovka Polis Bölməsinə müraciət edib. Aradan xeyli müddət keçsə də bu ilin martında Bölmədən ona mobil telefonunun taplması ilə bağlı zəng ediblər. Vətəndaşlar tərəfindən edilən hər bir müraciətə belə həssas yanaşdıqlarına görə o, bir şəhid ailəsi kimi Azərbaycan Polisinə təşəkkür edir.

Səbail rayonundakı 329 nömrəli məktəbin direktoru Sevil Əliyeva rəhbərlik etdiyi tədris ocağında və digər məktəblərdə narkomaniya, erkən nikah, insan alveri və dini radikalizm mövzusunda mütəmadi olaraq maarifləndirici tədbirlər keçirdiklərinə görə Səbail RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir və polisin fəaliyyətini yüksək qiymətləndirir.

Ukrayna vətəndaşı Tatyana Mamedova 22-ci Polis Bölməsi əməkdaşlarının ona sərgilədiyi səmimiyyətdən və üzləşdiyi problemin həllində göstərdikləri köməklikdən xoşhal olduğunu yazır və həmkarlarımıza xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Ədalət Ağaquliyev yazır ki, məktəbə gedərkən hər iki övladını maşınla vuraraq onlara xəsarət yetirən, lakin keçən müddət ərzində zərərçəkmişlərlə maraqlanmayan, onların müalicəsinə heç bir köməklik göstərməyən şəxs barəsində etdiyi şikayətdən sonra Səbail RPİ-nin rəhbərliyi məsələni diqqətdə saxlamış, tərəflər arasında barışdırıcı mövqe tutaraq məsələni qanun çərçivəsində həll etmişlər. O, sabitliyin keşiyində, asayişin təminində digər hüquq-mühafizə orqanları ilə yanaşı, polisin də fəaliyyətini yüksək qiymətləndirir, Vətənə və dövlətə xidmətdə həmkarlarımızın əsl vətəndaş yanğısı nümayiş etdirdiklərini xüsusi vurğulayır.

Kürdəmir rayon sakini Sabir Rüstəmov RPŞ-nin fəaliyyətindən razılığını ifadə edir.