Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.11.2019 - Bakı şəhər sakini Anar Pənahov DİN-ə ünvanladığı təşəkkür məktubunda Baş...
Bakı şəhər sakini Anar Pənahov DİN-ə ünvanladığı təşəkkür məktubunda Baş Dövlət Yol Polisi İdarəsində vətəndaşlara göstərilən diqqət və xidmətdən məmnun olduğunu, polisin cəmiyyətdəki nüfuzunun qaldırılması, imicinin yaxşılaşdırılması istiqamətində aparılan islahat xarakterli tədbirlərin müsbət nəticəsinin şahidi olduğunu və bu addımları müsbət qiymətləndirərək alqışladığını bildirir. Avtomobilinə dövlət qeydiyyat nişanının təhkim edilməsi ilə bağlı müraciətinə qısa müddətdə baxılaraq operativ həll olunmasına görə DİN rəhbərliyinə və BDYPİ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.
19.11.2019 - Kürdəmir rayon sakinləri Ramin Qədirov və İlqar Həsənov DİN rəhbərliyinə...
Kürdəmir rayon sakinləri Ramin Qədirov və İlqar Həsənov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında onlara qarşı dələduzluq edilməsi ilə bağlı polisə etdikləri müraciətin peşəkarlıqla araşdırılaraq cinayətkarın məsuliyyətə cəlb olunmasında göstərdikləri xidmətə görə DİN və Kürdəmir RPŞ-nin rəhbərliklərinə minnətdarlıqlarını bildirirlər.
19.11.2019 - Gəncə şəhər sakini Elxan İsayev təşəkkür məktubunda bildirir: “Daxili işlər...
Gəncə şəhər sakini Elxan İsayev təşəkkür məktubunda bildirir: “Daxili işlər orqanlarında hər bir gənc əməkdaşa xüsusi diqqət və qayğı göstərilir ki, bu da həm əməkdaşlara həm də onların ailə üzvlərinə sevinc bəxş edir”.
E.İsayev övladının xidmətdə irəli çəkilməsinə görə sevincini ifadə edir və DİN rəhbərliyinə minnətdarlığını bildirir.19.11.2019 - Gəncə şəhər sakini Maysara Hüseynova DİN rəhbərliyi tərəfindən qəbul olunaraq...
Gəncə şəhər sakini Maysara Hüseynova DİN rəhbərliyi tərəfindən qəbul olunaraq dinlənildiyi və ona dəymiş ziyanın ödənildiyi üçün təşəkkürünü bildirir.
19.11.2019 - Bakı şəhər sakini Namiq Ağayev evində baş vermiş oğurluq hadisəsinin üstünün...
Bakı şəhər sakini Namiq Ağayev evində baş vermiş oğurluq hadisəsinin üstünün tez bir zamanda açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir və vətəndaşların müraciətlərinə operativ və obyektiv yanaşdıqlarına görə daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini yüksək dəyərləndirir.
19.11.2019 - Bakı şəhər sakini Elçin Əlibəyli şikayət ərizəsinə operativ və obyektiv...
Bakı şəhər sakini Elçin Əlibəyli şikayət ərizəsinə operativ və obyektiv şəkildə baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Bakı şəhər BPİ və Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. Azərbaycan Polisinə çətin və şərəfli xidməti fəaliyyətlərində müvəffəqiyyətlər diləyir.
18.11.2019 - Bakı şəhər sakini Səlahəddin Cəfərov öz məktubunda vəkili olduğu “Natura”...
Bakı şəhər sakini Səlahəddin Cəfərov öz məktubunda vəkili olduğu “Natura” MMC-yə vurulmuş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.
18.11.2019 - Bakı şəhər sakini Hikmət Əliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu...
Bakı şəhər sakini Hikmət Əliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, “102” Xidmətinə məlumat verən şəxslərin fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacağı, bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmənin onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacağı barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinin təqdirəlayiq olduğunu qeyd edir, operativliyin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
15.11.2019 - Neftçala rayonunun Həsənabad qəsəbə sakini Əli Nağıyev özü və anasının...
Neftçala rayonunun Həsənabad qəsəbə sakini Əli Nağıyev özü və anasının adından Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb.
Ə.Nağıyev Azərbaycan polisinin vətəndaşların hüquqlarını, azadlıqlarını, qanuni mənafelərini yüksək səviyyədə qorumaqla bərabər insanlara xüsusi diqqət və qayğı göstərdiklərini qeyd edir, vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşıldığına, zərərçəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərildiyinə görə DİN rəhbərliyinə təşəkkür edir.