Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rabil Quliyev üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Beyləqan Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini İmran Şahverdiyev Nardaran qəsəbəsindəki evindən baş vermiş oğurluğun üstünün qısa zaman kəsiyində açılmasına görə polisə təşəkkürünü bildirir.

Xaçmaz rayon sakini Səid Mehdiyev Palıdlı kənd sakinləri adından ünvanladıqları müraciətə vaxtında baxıldığına və məsələnin ədalətli həllində göstərdiyi köməkliyə görə RPŞ rəhbərliyinə minnətdarlıq edir.

Taleh Salmanov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından razılığını ifadə edir.

Astara şəhər sakini Nahid Nəsirzadə və rayonun Ərçivan qəsəbə sakini Əfsun Ağayev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda gənc nəslin düzgün tərbiyəsinə göstərilən diqqətə, aparılan geniş maarifləndirmə tədbirlərinə görə RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirova minnətdarlıqlarını bildirirlər.

Astara Veteranlar Təşkilatının sədri Rafiq Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayonda veteranlara göstərilən diqqət və qayğıya, edilən müraciətlərə həssaslıqla yanaşılmasına və köməklik göstərilməsinə görə RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirovdan razılığını ifadə edir.

Lənkəran rayonunun Şağlaser kənd sakini Əmir Paşayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda məktəblilərin və eləcə də ərazidə yaşayanların təhlükəsiz hərəkətinin təmini məqsədilə kənd məktəbinin qarşısında işıqfor qoyulduğu üçün minnətdarlığını bildirir.

Masallı şəhər sakini Zöhrab Hüseynli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yol polisi əməkdaşlarının adi günlərlə yanaşı bayram və istirahət günlərində də hərəkətin təhlükəsizliyi istiqamətində nümunəvi xidmət göstərdiklərini bildirir və xüsusilə Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları Fəraməz Əməşov və Şəmşir Kərimovdan razılığını bildirir.

Astara rayon sakini Nicat Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yollarda hərəkətin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinə, ümumtəhsil məktəblərində və digər kollektivlər qarşısında bu mövzuda keçirilən maarifləndirici tədbirlərə görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadədən razılığını bildirir.