Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Qobustan rayon sakini Məsim Səfərov DİN-ə ünvanladığı məktubunda yazır ki, övladı 2016-cı ildə DİN Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmətə başlayıb. Bir müddətdən sonra səhhətində yaranmış problemlə əlaqədar təcili olaraq Daxili Qoşunların hərbi hospitalına gətirilib. Həkimlərin gərgin səyi nəticəsində həyatı təhlükəsi sovuşub. Məsim Səfərov övladının sağlamlığına qoşuşmasında əməyi keçən, onun tam sağalması üçün bütün səy və bacarıqlarını səfərbər edən tibb personalına dərin təşəkkürünü bildirir və Daxili Qoşunlarda yaradılan yüksək şəraitdən, əsgərlərə, zabitlərə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edir.

Bakı şəhər sakini Rəşad Cəbrayılov Azərbaycan polisinin apardığı yüksək xidmət sayəsində bu gün xalqımızın sabitlik və əmin-amanlıq içində yaşamasına diqqət çəkərək qeyd edir ki, cinayətkarlıqla mübarizənin qətiyyətli təşklinin nəticəsidir ki, baş verən cinayətlər qısa müddət ərzində açılır və təqsirkarlar öz layiqli cəzalarını alırlar. O, bir neçə gün öncə “Araz supermarket” MMC-yə və orada çalışan işçilərə qarşı cinayət törədən şəxs barəsində qanuni tədbir görülməsi üçün müraciət etdiyini və DİN rəhbərliyinin çevik şəkildə bu müraciətə cavab verdiyini, həmçinin cinayəti törətmiş şəxsin tutulduğunu Azərbaycan Polisinin vətəndaşlara diqqət və qayğısının bariz nümunəsi kimi təqdir edir, yazdığı təşəkkür məktubunda razlığını bildirir.

Bakı şəhər sakini Üzeyir Məmmədov DİN-ə ünvanladığı məktubunda bildirir ki, özünə və ailə üzvlərinə yeni şəxsiyyət vəsiqələri almaq üçün Nəsimi RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə müraciət edib. Şöbənin əməkdaşları onları qəbul edərək operativ şəkildə bütün tədbirləri həyata keçiriblər. Vətəndaş yazır ki, polis əməkdaşlarının müraciətinə bu qədər həssas yanaşamaları, şöbədə olduqları müddət ərzində göstərilən səmimi münasibət sevincinə səbəb olub.

Astara rayon Əsxənəkəran kənd sakini Gülnarə Qurbanova göndərdiyi elektron müraciətində yazır ki, şikayətilə əlaqədar Astara RPŞ-yə müraciət edib. Şikayəti daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsindən çıxsa da o, polis əməkdaşları tərəfindən dinlənilib və lazımi dəstək göstərilərək başqa dövlət qurumuna yönləndirilib. G.Qurbanova polisin vətəndaşlara göstərdiyi bu isti münasibətdən məmnun qaldığını qeyd edir.

Kəlbəcər rayon Xallanlı kənd sakini Səaməddin Nəbiyev göndərdiyi məktubunda iki övladının Polis Akademiyasında təhsil aldığını və bu ali təhsil ocağında yaradılan şəraitdən razı qaldığını bildirir.

Şuşa-Ağdam-Xocalı-Xocavənd 43 saylı seçki məntəqəsinin sədri, müharibə veteranı Həsən Quliyev DİN rəhbərliyinə ünvanladığı məktubunda Oğuz RPŞ-nin fəaliyyətini yüksək qiymətləndirir, polis əməkdaşlarının vətəndaşların problemlərinə həssaslıqla yanaşdığını qeyd edir.

Tərtər rayon Borsunlu kənd sakini Tərlan Səfərov övladının itməsi ilə bağlı DİN-ə etdiyi müraciətdən sonra polislər tərəfindən onun qısa müddət ərzində tapılmasına görə təşəkkürünü bildirir.

Göyçay sakini Şahbaz Vahabov DİN-ə ünvanladığı təşəkkür məktubunda İsmayıllı rayonu ərazisində xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının sürücülərlə xoş rəftarından və nəzakətli davranışından minnətdarlıq hissi ilə bəhs edir.

130 saylı orta məktəbin direktoru Ağasəid Orucov yazır ki, Nardaranın ictimai həyatında baş verən bir çox neqativ hadisələr təhsil sahəsində də öz təsirini göstərmişdi. Şagirdlərin, xüsusən qızların dərsə davamiyyəti, şagirdlər arasında nizam-intizam qaydalarının pozulması hallarının baş verməsi bir növ adi hala çevrilmişdi. Qəsəbədə 42-ci Polis Bölməsinin yaradılması bütün qeyd olunan halları aradan qaldırmış, həmçinin uşaqların təhsilə cəlb edilməsi istiqamətində mühüm işlər görülmüşdür.