Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

İsmayıllı rayon sakini Xalidə Calalova oğlu Cəlal Calalova göstərilən köməkliyə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zümrüd Yusifova həyat yoldaşı İspəndiyar Yusifov barəsində aparılan cinayət işi istintaqının obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə və Qaradağ RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sabunçu rayonunun Bakıxanov qəsəbə sakini Vüsal Abdulkərimov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda yaşadığı ünvanda oğurluq və soyğunçuluq hadisələrinin artması halları ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyinə görə təşəkkürünü bildirir.

Paytaxt sakini Zahid Sarıyev DİN-ə ünvanladığı təşəkkür məktubunda işlədiyi mağazada baş vermiş oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətə obyektiv baxılmasına görə minnətdarlıq edir.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakini Bülurə Məmmədova Daxili İşlər Nazirliyinə məktub göndərib. O, bu yaxınlarda üzləşdiyi problemlə bağlı etdiyi müraciətinə polis əməkdaşları tərəfindən dərhal reaksiya verilərək həllini tapdığını qeyd edir.

Müəllif rayon ərazisində ictimai asayişin etibarlı qorunmasına və vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Rima Ağayeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda üzləşdiyi problemin həllində göstərilən köməkliyə görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Aqşin Mürsəlov məktubunda Daxili İşlər Nazirliyinə ünvanlandığı müraciətinə qısa müddətdə baxılaraq həllini tapdığını bildirir. O, vətəndaş müraciətlərinə diqqətlə yanaşıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Svetlana İmanova Daxili İşlər Nazirliyinin A.Heydarov adına Respublika Hospitalında müalicə olunmaq üçün etdiyi müraciətinə dərhal reaksiya verildiyinə və göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Mingəçevir şəhərində yaşayan Rəşad Qurbanov bayram ərəfəsində pirotexniki vasitələrin qarşısının alınması ilə bağlı polis əməkdaşlarının göstərdiyi yüksək çevikliyə və asayişin təmin olunması sahəsində gördükləri işlərə görə DİN rəhbərliyinə və ŞPŞ-nin əməkdaşlarına təşəkkür edir.