Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şirvan şəhər sakini Mehman Quliyev Şirvan şəhərində qısa zaman kəsiyində bəzi cinayətkar qrup və dəstələrin ifşa edilib zərərsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində, əllərdəki qanunusz silahların yığılmasında və bu sahədə profilaktik, həmçinin əməliyyat-axtarış tədbirlərinin geniş vüsət almasında bir polis zabiti kimi qətiyyətini əsirgəməyən ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyevə təşəkkürünü bildirir.

Füzuli rayonu 84 saylı Dairə Seçki Nümayəndəliyinin sədri Ramiz Teymurov Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü təhlükəsizliyin təminində göstərdikləri fədakarlığa görə RPŞ-nin rəhbərlyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüqar Şərifov və Lerik rayon sakini Heybət Şahbazov polisin fəaliyyətindən razığını bildirir və həmkarlarımıza xidmətdə uğurlar arzulayır.

Bakı şəhər sakini Xoşxəbər İmamverdiyev bacısı qızı Şükriyyə Əliyevanın etibarından sui istifadə edərək onun pulunu ələ keçirməklə dələduzluq edən şəxs barəsində qanuni tədbirlərin görülməsi, həmçinin dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı etdiyi müraciətə vaxtında baxıldığına görə DİN rəhbərliynə təşəkkürünü bildirir.

Astara rayonunda yaşayan bir qrup Qarabağ müharibəsi veteranı və əlili Daxili İşlər Nazirliyinə ünvanladıqları müraciətdə bildirirlər ki, bu yaxınlarda sərbəst hərəkət etmək qabiliyyətini itirmiş Artupa kənd sakini, I qrup əlil Abbas İsmayılovun şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün onlar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Bölməsinə müraciət ediblər: “Heç gözləmədiyimiz halda, bölmənin inspektoru, polis baş leytenantı Asif Qəhrəmanov müraciətimizə həssaslıqla yanaşaraq dərhal bizimlə bərabər kəndə gəldi, əlil qardaşımızın sənədlərini hazırladı. Hətta banka gedib lazım olan dövlət rüsumunu da öz vəsaiti hesabına ödədi... Rayonumuzda polis əməkdaşlarının, xüsusilə Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Bölməsi əməkdaşlarının belə xeyirxah hərəkətləri barədə tez-tez eşidirik. Burada çalışan, xalqa xidmət edən polis əməkdaşlarının müraciətlərə həssaslıqla yanaşması, aztəminatlı, imkansız vətəndaşlara göstərdiyi diqqət və qayğı rayonda həmişə rəğbətlə qarşılanıb”.

Bakı şəhər sakini Amil Süleymanov DİN-ə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin qorunmasında Azərbaycan Polisinin rolunu yüksək dəyərləndirir.

Göyçay rayon sakini Səbuhi Quliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin qorunmasında və cinayətkarlıqla mübarizədə əldə etdiyi uğurlu nəticələrə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Qobustan rayon sakini Tofiq Kərimov məktubunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etsə də “Müharibə veteranı” adı və vəsiqəsini ala bilmədiyini, məsələnin yalnız DİN rəhbərliyinə müraciət etdikdən sonra uğurlu həllini tapdığını bildirir. Bu işdə ona diqqət və qayğı göstərən DİN rəhbərliyinə, o cümlədən Şəxsi Heyətlə İş İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fəridə İsrafilova DİN-ə ünvanladığı minnətdarlıq məktubunda yollarda təhlükəsizliyin etibarlı təmin edilməsinə görə Baş Dövlət Yol Polisi əməkdaşlarına təşəkkürünü bildirir.