Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayon sakini, Şəhid atası olan Hafiz Qasımov məktubunda digər oğlunun daxili işlər orqanlarında xidmət etdiyini yazır. O, daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Həsən Həsənov mobil telefonunun oğurlanması faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və telefonunun ona qaytarılmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

DİN-in “Telegram” səhifəsinin izləyicisi Ofeliya Cahangirzadə müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Diaspor.info saytının baş redaktoru Əlmaniz Ələkbərov DİN-ə ünvanladığı məktubunda Dövlət Yol Polisinin səlahiyyətinə aid məsələdə qarşılaşdığı problemlə bağlı müraciətinə həssas yanaşıldğına, göstərilən diqqətə və köməkliyə görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Xəyalə Əsədova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bir qrup Ağdam rayon sakini rayonda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də ehtiyacı olan ailələrə göstərdikləri ərzaq yardımlarına görə Ağdam RPŞ-in rəhbərliyinə və şəxsi heyətinə təşəkkürlərini ifadə edirlər.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Ağstafa rayon sakini Xətai Bağırlı səhifə vasitəsilə Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tural Abbaszadə mobil telefonunun oğurlanması faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və telefonunun ona qaytarılmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aygün Məmmədzadə müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.