Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Məcburi köçkün Telman Orucov üzləşdiyi problemin həllində köməklik göstərən Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısı Babək Nəsirova təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elvin Cəfərov Qubaya yağan qar səbəbindən buz bağlamış yolda turistlərlə birlikdə köməksiz vəziyyətdə qalması ilə bağlı etdiyi müraciətə həmkarlarımızın qısa zaman kəsiyində çevik reaksiya verməsinə və onları çətin durumdan çıxardıqlarına görə təşəkkürünü bildirir.

Astara Ziyalı Ağsaqqal Cəmiyyətinin sədri Camal İbrahimov rayonda sürücülər arasında profilaktik tədbirlərin görülməsində, yol hərəkəti qaydalarının yüksək səviyyədə nizamlanmasında, yollarda yol nişanlarının qoyulmasında, yenilənməsində, sözün əsl mənasında, fədakarlıq göstərən, həmçinin sürət həddini aşanlarla, avtomobili sərxoş vəziyyətdə idarə edənlərlə mübarizədə yüksək qətiyyət nümayiş etdirən Rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru İlqar Rəhimzadəyə minnətdarlığını ifadə edir.

Bakı Dağ Yahudiləri Dini İcmasının sədri Milix Yevdayev Berlindəki “Bakinets” cəmiyyətinin sədri Elmira Əşrəfovanın Yasamal qəbirstanlığında aparılmış abadlıq işləri ilə bağlı DİN-ə ünvanladığı məktuba əsasən, məsələni araşdıraraq düzgün qərar çıxardığına, obyektiv hüquqi qiymət verdiyinə, bu həssas mövzuya vətəndaş mövqeyi nümayiş etdirdiyinə, eləcə də öz vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Yasamal RPİ-nin baş müstəntiqi, polis mayoru Mehrab Məmmədova İcma üzvləri adından təşəkkürünü bildirir.

Aliment öhdəliyindən yayındığı üçün axtarışa verilməsi ilə bağlı qərar çıxarılmış S.Kərimovun qısa zaman kəsiyində tutulmasında göstərdiyi köməkliyə görə Bakı şəhər sakini Səbinə Babayeva Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəhbərliyinə, xüsusən də polis kapitanı Elvin Bədəlova təşəkkürünü bildirir.

Respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi, UNESCO-nun Azərbaycan təmsilçisi, kamança ifaçısı Pərviz Fərhadov qardaşı, polis baş serjantı Bəhruz Fərhadovun xidmətdə üzləşdiyi problemlərin qısa zamanda araşdırılıb aradan qaldırılmasında göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini, I qrup əlil Həsən Əliyev DİN-ə ünvanlandığı məktubunda yaşadığı Bakıxanov qəsəbəsində qonşusu ilə aralarında yaranmış mübahisə ilə bağlı Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət etdiyini bildirir. O, 13-cü Polis Bölməsinin əməkdaşı M.Kəlbalıyevin müraciəti araşdıraraq qonşusu ilə barışığa dəvət etdiyini qeyd edir.

H.Əliyev xoşrəftar, təvazökar, mədəni və öz işinə məsuliyyətlə yanaşan həmin polis əməkdaşının timsalında bütün daxili işlər orqanlarının əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Mirağa Adıgözəlov öz məktubunda müraciətinə obyektiv baxılaraq müsbət həll olunmasına göstərilən köməkliyə görə DİN və Səbail RPİ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.

Cəlilabad rayon Əliqasımlı kənd tam orta məktəbinin direktoru Natiq Kazımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda təhsil müəssisələrində mütəmadi olaraq keçirilən narkomaniya və erkən nikaha qarşı maarfləndirmə tədbirlərinə görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.