Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.01.2023 - Abşeron rayon sakini Nəsimi Quliyev
Abşeron rayon sakini Nəsimi Quliyev DİN-ə ünvanladığı məktubunda edilən müraciətlərə dərhal reaksiya verilməsinə, operativ baxılmasına görə Azərbaycan Polisinə təşəkkür edir.
13.01.2023 - Şəki şəhər sakini Dərya Yaşarlı
Şəki şəhər sakini Dərya Yaşarlı DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə Ağdaş RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13.01.2023 - Sosial şəbəkə istifadəçisi Mahir Məmmədov
Sosial şəbəkə istifadəçisi Mahir Məmmədov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nizami RPİ 24-cü Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
13.01.2023 - Vətəndaş Yeganə Mehdiyeva
Vətəndaş Yeganə Mehdiyeva üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxsin saxlanılmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
12.01.2023 - Abşeron rayon sakini Samir Həsənli
Abşeron rayon sakini Samir Həsənli məktubunda cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə, həmçinin vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
12.01.2023 - Jurnalist Günel Azadə
Jurnalist Günel Azadə “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırmalara və operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.01.2023 - Bakı şəhər sakini Aygün Məmmədova
Bakı şəhər sakini Aygün Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mesajında üzüyünün itməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət etdiyini, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə üzüyünün qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir.
A.Məmmədova müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və 13-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.01.2023 - Bakı şəhər sakini Müşgünaz Musayeva
Bakı şəhər sakini Müşgünaz Musayeva üzləşdiyi problemlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.01.2023 - Avropa Təbiət Elmləri Akademiyasının akademiki Qüdrət İsaqov
Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Rusiya Federasiyasında nəşr olunan Alternativ Energetika və Ekologiya jurnalının redaksiya kollegiyasının üzvü, Müstəqil Ekspert Qrupunun rəhbəri Qüdrət İsaqov “Facebook” sosial şəbəkəsindəki hesabında Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür postu paylaşıb. O, məişət səs-küyü ilə əlaqədar ünvanladığı müraciətinə operativ baxıldığını, Binəqədi Rayon Polis İdarəsi tərəfindən operativ tədbirlər görülməklə qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və polis əməkdaşlarına minnətdarlığını bildirir.