Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Qənirə Sultanova 144 nömrəli məktəbdə mütəmadi olaraq “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək” mövzusunda keçirdikləri görüşlərə və şagirdlərlə aparılan maarifləndirici söhbətlərə görə Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına məktəbin pedaqoji kollektivi, həmçinin şagirdləri adından minnətdarlığını bildirir.

İsmayıllı şəhər sakini Əhmədağa Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinə , eləcə də təhsil müəssisəsinin yaxınlığında yol qəzalarının qarşısının alınması istiqamətində görülən işlərə görə 3 saylı orta məktəbin kollektivi adından İsmayıllı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir.

Vətəndaş Cavanşir Nəsirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda İsmayıllı rayonunda məskunlaşmış məcburi köçkünlərə göstərdikləri diqqət və qayğıya görə, RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Vətəndaş Rövşən Mövlamov DİN rəhbərliyinə ünvanladığı məktubda vətəndaşlarla xoş rəftar və səmimi ünsiyyətə, göstərdiyi xidmətə görə, İsmayıllı RPŞ-nin əməkdaşı Mahir Nurəliyevə öz minnətdarlığını bildirir.

Lənkəran rayonunun Lüvəsər kənd sakini Gülşən Rzayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən səmimi şəkildə qəbul olunmasına və etdiyi müraciətlə bağlı köməklik göstərilməsinə görə minnətdarlığını bildirir.

Astara rayonunun Kijəbə qəsəbəsinin sakini Azər Kişiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə görə Astara RPŞ-nin rəisi, polisi polkovniki Azər Cahangirova minnətdarlığını ifadə edir.

İmişli rayonunun bir qrup sakini rayonda yaradılmış sabitliyə, əmin-amanlığa və nizam-intizama görə DİN rəhbərliyinə öz təşəkkürlərini ifadə edirlər.

Ağdam rayon sakini Fərhad Soltanlı sürücülük vəsiqəsi almaq üçün imtahan mərkəzlərində yaradılan şəraitə və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Hatəm Eyvazov üzləşdiyi problemlə əlaqədar göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və həmkarlarımıza təşəkkür etməyi özünə borc bilir.