Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.05.2019 - Bakı şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Elçin Abdullayev DİN...
Bakı şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Elçin Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Biləcəri qəsəbəsindəki məntəqəsində xidmət edən polis əməkdaşları Nail Məmmədov və Kənan İsrafilovun xidməti fəaliyyətlərindən razılıq ifadə edir, insanlarla səmimi davranışlarına görə minnətdarlığını bildirir.
16.05.2019 - Bakı şəhər sakini Nazim Zalov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda itmiş...
Bakı şəhər sakini Nazim Zalov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda itmiş sürücülük vəsiqəsinin yenisi ilə əvəz edilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
15.05.2019 - Paytaxtın Səbail rayonu ərazisində müvəqqəti yaşayan əcnəbi vətəndaş Hitesh...
Paytaxtın Səbail rayonu ərazisində müvəqqəti yaşayan əcnəbi vətəndaş Hitesh Goyal DİN-ə ünvanladığı təşəkkür məktubunda ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN və Səbail RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
15.05.2019 - Bakı şəhər sakini Əlvida Qarayev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq...
Bakı şəhər sakini Əlvida Qarayev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda səhhətində yaranmış problemlə əlaqədar göstərdikləri köməkliyə və xəstəxanaya çatdıraraq həyatını xilas etdiklərinə görə Binəqədi RPİ DYPŞ Yol Patrul Xidmətinin əməkdaşları Həmid Əliyev və Əliyar Əliyarlıya təşəkkürünü bildirir.
15.05.2019 - Bakı şəhər sakini Asif Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Asif Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ağır vəziyyətdə olan azyaşlı nəvəsinin xəstəxanaya çatdırlmasında etdiyi köməkliyə görə Xətai Rayon Polis İdarəsinin DYPB-nin əməkdaşlarına minnətdarlıq edir.
15.05.2019 - Bakı şəhər sakini Ülviyyə Həsənova DİN rəhbərliyinə ünvanladığı məktubunda...
Bakı şəhər sakini Ülviyyə Həsənova DİN rəhbərliyinə ünvanladığı məktubunda lombarda qoyduğu qızıllarını geri ala bilmədiyi barədə yazdığı şikayət ərizəsinə operativ baxıldığına və qızıllarının alınıb qaytarılmasında göstərdiyi köməkliyə görə Bakı Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
15.05.2019 - Bakı şəhər sakini Leyla Hümbətova DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq...
Bakı şəhər sakini Leyla Hümbətova DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda müraciətinə obyektiv baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməyə görə Səbail RPİ 41-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
15.05.2019 - Bakı şəhər sakini Təranə Nəcəfova DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Bakı şəhər sakini Təranə Nəcəfova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılaraq müsbət həll olunmasına göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
13.05.2019 - Bakı şəhər sakini Hidayət Məmmədov üzləşdiyi problemin həllində göstərdiyi...
Bakı şəhər sakini Hidayət Məmmədov üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Sabail RPİ-nin müstəntiqi, polis mayoru Vüqar Nəsirova təşəkkürünü ifadə edir.