Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağcabədi rayon Avşar kənd sakini İbadət Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Ağcabədi Rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənovdan razılığını ifadə edir. Tərtər rayon Hacıqərvənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Vəli Əliyev təşəkkür məktubunda gənclərin təlim-tərbiyəsinə verdiyi önəmə, onların zərərli vərdişlərdən uzaq olmasında göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Astara şəhər sakini Nizami Məmmədli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ailəsi ilə birlikdə öz avtomobilində hərəkətdə olarkən yaranan nasazlıq zamanı Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının onlara yaxınlaşaraq ailəsinin mənzil başına, avtombilinin isə təmir sexinə çatdırılmasında göstərdikləri köməkliyə görə minnətdarlığını bildirir.

Yardımlı Rayon Veteranlar Şurasının sədri Hüseyn Vəliyev öz təşəkkür məktubunda ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına, cinayətkarlığa qarşı aparılan mübarizəyə görə DİN rəhbərliyinə və Yardımlı RPŞ-nin rəisi Arif Babayevə minnətdarlığını ifadə edir.

Şəki rayon sakinləri Xanlar Məmmədrəhimov və Aybəniz Mustafayeva onlara dəymiş maddi ziyanın ödətdirilməsinə görə, DİN rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər.

Qəbələ rayon sakini Elçin Soltanov yol nəqliyyat hadisəsi zamanı ağır xəsarət almış qardaşına göstərilən köməkliyə görə, DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini İlqar Camalov DİN-ə ünvanladığı təşəkkür məktubunda qızı İradə Camalovaya ilkin tibbi yardım göstərdiklərinə və vaxtında xəstəxanaya çatdırdıqlarına görə Post-Patrul Xidmətinin Heydər və Rac adlı əməkdaşlarına minnətdarlığını ifadə edir.

Saatlı rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda gələcəyimizi və gəncliyimizi təhdid edən narkomaniyaya qarşı aparılan maarifləndirmə tədbirləri və qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Saatlı Rayon Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Şəki rayon sakini Kəmalə Xəlilova sorğusuna operativ cavab verildiyinə görə DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin əməkdaşlarına minnətdarlıq edir.

Ağsu rayon sakini Asəf Babaşov rayonda yaradılmış sabitliyə, əmin-amanlığa və nizam-intizama görə DİN rəhbərliyinə öz təşəkkürünü ifadə edir.