Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.07.2019 - Bakı şəhər sakini Elçin Axundzadə ona dəymiş maddi ziyanın qısa zaman...
Bakı şəhər sakini Elçin Axundzadə ona dəymiş maddi ziyanın qısa zaman kəsiyində ödətdirilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
08.07.2019 - Bakı şəhər sakini Güləşir Cəbiyev paytaxtın sıxlıq müşahidə olunan avtomobil...
Bakı şəhər sakini Güləşir Cəbiyev paytaxtın sıxlıq müşahidə olunan avtomobil yollarında sıxlığın aradan qaldırılmasında fədakar xidmətləri olan BDYPİ YPX-nin əməkdaşlarına təşəkkür edir.
08.07.2019 - Sumqayıt şəhər sakini Sevil İmanova oğlu Vəzir İmanovun daxili işlər...
Sumqayıt şəhər sakini Sevil İmanova oğlu Vəzir İmanovun daxili işlər orqanları sıralarına xidmətə qəbul olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
08.07.2019 - Biləsuvar rayon Əsgərabad kənd sakini Mehparə Şahbazova üzləşdiyi problemin...
Biləsuvar rayon Əsgərabad kənd sakini Mehparə Şahbazova üzləşdiyi problemin qısa zaman kəsiyində öz həllini tapdığına görə DİN rəhbərliyinə minnətdarlıq ifadə edir.
08.07.2019 - Ağcabədi rayon Şənlik kənd sakini Vaqif Səfərov DİN-ə ünvanladığı...
Ağcabədi rayon Şənlik kənd sakini Vaqif Səfərov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda gələcəyimizi, gəncliyimizi təhdid edən narkomaniyaya, eləcə də cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Rayon Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.
06.07.2019 - Beyləqan rayon sakini Gürşad Ramazanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Beyləqan rayon sakini Gürşad Ramazanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona dəyən ziyanın ödənilməsində göstərilən köməyə görə Nəsimi Rayon Polis İdarəsinin rəisi Əbülfət Rzayevə və 19-cu Polis bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.07.2019 - Qarabağ müharibəsi veteranı Vsaili Məmmədov DİN rəhbərliyinə ünvanladığı...
Qarabağ müharibəsi veteranı Vsaili Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində sabitliyin təmin olunması və narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan işlərə görə Ağcabədi RPŞ-nin rəisi Ənvər Həsənova minnətdarlığını bildirir.
06.07.2019 - Şirvan şəhər sakini tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini Şirvan...
Şirvan şəhər sakini tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini Şirvan şəhərində vətəndaşları qəbul edərkən Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun diqqətinə çatdırdıqdan sonra üzləşdiyi problemin qısa zaman kəsiyində həllini tapdığını yazan Salyan rayon Qaracala kənd sakini Ruqiyyə Həsənova DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.07.2019 - Abşeron rayon Ceyranbatan qəsəbəsində müvəqqəti məskunlaşan Laçın rayonundan...
Abşeron rayon Ceyranbatan qəsəbəsində müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün Təbriz Əliyev tanımadığı iki nəfərin onu döyməsi ilə bağlı müraciətinin DİN rəhbərliyi tərəfindən nəzarətə götürüldüyünə və Abşeron Rayon Polis İdarəsi tərəfindən operativ şəkildə baxıldığına görə minnətdarlığını ifadə edir.