Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Dilarə Cəfərova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ və obyektiv şəkildə baxılaraq həllini tapmasında ona göstərdikləri köməyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Bəxtiyar Hacıyev müraciətinə operativ şəkildə baxıldığına görə Binəqədi RPİ 4-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Şirvan şəhər sakini Elgün Cahangirov baş vermiş oğurluq hadisəsinin üstünün tez bir zamanda açılaraq ona məxsus əşyasının geri qaytarılmasında göstərdikləri köməyə görə Şəhər Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və müvəffəqiyyətlər diləyir.

Laçın rayonunun Qarakeçdi kənd sakini Yusif Ələmşahov öz məktubunda veteran vəsiqəsi ilə təmin edildiyinə görə DİN və Şəxsi Heyətlə İş İdarəsinin rəhbərliklərinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nicat Quliyev Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə etdiyi müraciətə obyektiv baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ceyhun Bədəlov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və Gəncə prospektində yerləşən aptekdə güclü təsiredici dərmanların satışı ilə məşğul olan şəxslərin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aşkar edilərək məsuliyyətə cəlb olunmalarına görə minnətdarlıq edir.

Bakı şəhər sakini Məhərrəm Cahangirov məktubunda yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşlarının ona ilkin tibbi yardım göstərdikdən sonra xəstəxanaya apardıqlarına görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Xaqan Qədimov məktubunda ölkədəki ictimai təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Şəhid Yavər Mirzəyevin atası, Qazax rayon sakini Abbas Mirzəyev Ermənistanla təmas xəttində yerləşən, hər gün düşmən tərəfdən atəşə məruz qalan Quşçu Ayrım kəndində öz işinin öhdəsindən layiqincə gələn asayiş keşikçilərinin gecəli-gündüzlü xidmət aparmasından, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirməsindən, zərərli vərdişlərlə mübarizə ilə bağlı keçirilən tədbirlərdən razılığını ifadə edir, həmkarlarımıza xidmətdə uğurlar arzulayır.