Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Neftçala rayon sakini Əli Nağıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Rayon Polis Şöbəsinin rəisi Vüsal Şəbəndəyevə təşəkkürünü ifadə edir.

Saatlı rayon Azadkənd kənd sakini Elnur Kərimov rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına görə Rayon Polis Şöbəsinin rəisi Azər Tağıyevə və müavini Fuad Məmmədova minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Amil Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda oğlu Emil Allahverdiyevin daxili işlər orqanlarına qəbul olunmasında göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.

Şəki şəhər sakini Əhmədi-Muxtar Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəki ŞRPŞ DYPŞ-nin rəhbərliyi və əməkdaşlarının xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zaman Müşkiyev DİN rəhbərliyinə ünvanladığı müraciətində bildirir ki, ehtiyacı olduğu səbəbindən öz qızıl zinət-əşyalarını lombarda girov qoyaraq pul götürüb, öhdəsinə düşən ödənişləri vaxtında ödəyib. Lakin bir müddət sonra həmin lombard bağlandığından orada işləyən şəxsləri tapmadığından bu barədə Bakı ŞBPİ-yə müraciət edib. Polis əməkdaşları qısa müddətdə həmin şəxsi tapıblar. Z.Müşkiyev qalan ödənişləri edib qiymətli əşyalarının ona qaytarılmasında göstərilən köməkliyə görə Bakı ŞBPİ-nin rəhbərliyinə, o cümlədən İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüqar Əliyev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda müraciətinin obyektiv araşdırıldığına və müsbət həll olunduğuna görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Biləsuvar şəhər sakini Amid Mustafayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətlə bağlı Biləsuvar RPŞ-nin rəisi Əlyəddin Səfərov tərəfindən qəbul edilməsinə və ona köməklik göstərilməsinə görə minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Səbirə Xəlilova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus itən əşyanın tapılaraq özünə qaytarılmasına görə Astara RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Neftçala şəhər sakini Əlihüseyn Cavadov DİN rəhbərliyinə 14 nəfər həmyerlisinin imzaladığı kolllektiv təşəkkür məktubu ünvanlayıb. Məktubda Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Neftçala rayonunda brokonyerliyə qarşı ciddi mübarizə tədbirləri gördüyü vurğulanır və polislərin bu alqışa layiq hərəkəti minnətdarlıqla qeyd edilir.