Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Natıq Məmmədzadə DİN-ə ünvanladığı məktubunda ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Qaradağ RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Daşkəsən rayon sakini Nicat Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəxrəddin Abbasovun fəaliyyətindən razılığını bildirir və minnətdarlıq edir.

Bakı şəhər sakini Bela Sultanovanın DİN-ə ünvanladığı təşəkkür məktubunda ona dəyən ziyanın ödənilməsinə görə Nəsimi RPİ-nin İstintaq şöbəsinin rəisi Oruc Əmiraslanova, baş müstəntiq Famil Məsimova minnətdarlığını bildirir.

Şabran rayon sakini Xuraman İsgəndərova DİN-ə ünvanladığı təşəkkür məktubunda Şabran RPŞ-nin rəisi Əli Mərdanova və baş təhqiqatçı Sahib Cabbarova minnətdarlıq edir.

Oğuz rayon Deymedere kend sakini Ruslan Salahovun DİN-ə ünvanladığı təşəkkür məktubunda cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında polisin rolunu yüksək qiymətləndirir.

Bakı şəhər sakini Bəxtiyar Quliyev DİN-ə ünvanladığı məktubunda ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirir.

Gədəbəy rayon Dəyirmandağ kənd sakini Fərman Məmmədovun DİN-ə ünvanladığı təşəkkür məktubunda səhhətində yaranan problemin aradan qaldırılmasında DİN-in A.Heydərov adına Respublika Hospitalında tibbi personalın xidmətindən məmnunluğunu yazır, təşəkkürünü bildirir.

Bakı şəhər sakini Kənan Davudzadənin DİN-ə ünvanladığı məktubunda polisə müraciət etdikdə probleminin tez bir zamanda həllini tapmasına görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Tovuz Ağakişiyeva DİN-ə ünvanladığı məktubunda Sumqayıt Şəhər Yol Polisi əməkdaşlarına təşəkkürünü yazır.