Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.06.2019 - Ağcabədi rayon sakini Faiq Cəfərov DİN-ə ünvanladığı məktubunda özünə məxsus...
Ağcabədi rayon sakini Faiq Cəfərov DİN-ə ünvanladığı məktubunda özünə məxsus yanacaqdoldurma məntəqəsində yaranan fövqəladə hal zamanı böyük fədakarlıq nümayiş etdirərək onun və orada olan başqa bir nəfərin də həyatını xilas etdiklərinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır.
11.06.2019 - Ukrayna Respublikasının Xarkov şəhərində yaşayan Oksana Kalmıkova DİN-ə...
Ukrayna Respublikasının Xarkov şəhərində yaşayan Oksana Kalmıkova DİN-ə ünvanladığı məktubda bu ilin aprelində ölkəmizdə səfərdə olduğunu qeyd edərək, ayın 19-da atası Viktorun şəxsi avtomobili ilə paytaxtın Qaradağ rayonu ərazisindən keçəndə qəflətən vəziyyətinin pisləşdiyini, bu zaman Yol Polisi əməkdaşlarının yaxınlaşaraq, ona lazımi tibbi yardım göstərdiklərini bildirir, şəxsi heyətin belə yüksək peşəkarlığına görə DİN və BDYPİ rəhbərliyinə minnətdarlığını ifadə edir.
10.06.2019 - Vətəndaş Zümrüd İsmayılova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda...
Vətəndaş Zümrüd İsmayılova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda inzibati həbs olunmuş oğlu Elşən İsmayılova Şəki ŞRPŞ-nin Müvəqqəti Saxlama Yerində göstərilən münasibətə görə Polis Şöbəsinin rəhbərliyinə və MSY-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.
10.06.2019 - Vətəndaş Rəhman Nuğayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda...
Vətəndaş Rəhman Nuğayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ölkəmizdə ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir.
10.06.2019 - “...Bakı-Qazax istiqaməti ilə hərəkət edərkən qəfildən halım pisləşib....
“...Bakı-Qazax istiqaməti ilə hərəkət edərkən qəfildən halım pisləşib. Nəqliyyat vasitəsində idarəetməni itirmişəm. Gözlərimi açanda gördüm ki, xəstəxanadayam. Əgər adını sonradan öyrəndiyim YPX-nın əməkdaşı Elnur Hacıyev olmasaydı bəlkə də mən bu gün həyatda olmazdım”. Bu fikirlər Bakı şəhər sakini Faiq Ağayevin DİN-ə ünvanladığı təşəkkür məktubundandır.
10.06.2019 - Vətəndaş Mazbura Əliyeva lombarda girov qoyduğu qızılların ona...
Vətəndaş Mazbura Əliyeva lombarda girov qoyduğu qızılların ona qaytarılmasında göstərdiyi köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
10.06.2019 - Şəhid anası Nübar Xudaverdiyeva nəvəsinin, Bakı şəhər sakini Musa Hüseynov...
Şəhid anası Nübar Xudaverdiyeva nəvəsinin, Bakı şəhər sakini Musa Hüseynov isə oğlunun daxili işlər orqanlarına qəbul edilməsində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə edirlər.
10.06.2019 - Gədəbəyin Düzyurd kəndindən Qasılmovlar ailəsi DİN-ə ünvanladıqları təşəkkür...
Gədəbəyin Düzyurd kəndindən Qasılmovlar ailəsi DİN-ə ünvanladıqları təşəkkür məktubunda üzləşdikləri problemin həllində göstərdiyi köməyə görə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
10.06.2019 - Bakı şəhər sakini Elçin Axundzadə ona dəymiş ziyanın ödətdirilməsində...
Bakı şəhər sakini Elçin Axundzadə ona dəymiş ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.