Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Eldəniz Məmmədov içərisində pulu və sənədləri olan pulqabısını itirməsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində tapılmasında göstərdikləri köməkliyə görə Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ Biləcəri stansiyasında XPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Sabirabad rayon sakini Ağabəyim Bayramova şəhid ailələrinə göstərilən diqqət və qayğıya, eləcə də oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunması ilə bağlı göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.

Bakı şəhər sakini İlqar Qasımov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırma aparılaraq müsbət həll olunduğuna və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

DİN-in “Telegram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Nigar Xudiyeva üzləşdiyi problemlə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığına və müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elşən Cəbrayılov pul borcu ilə bağlı üzləşdiyi problemlə əlaqədar DİN-ə etdiyi müraciətə operativ baxıldığına və qısa müddətdə müsbət həll edilərək ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ayaz Osmanov qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə Yasamal RPİ-nin rəhbərliyi tərəfindən həssas yanaşıldığına və məsələnin araşdırılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə dərin minnətdarlığını bildirir.

Qusar rayon sakini Həsənbala Məmmədov operativ, eləcə də humanist və nümunəvi polis əməkdaşlarına görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Qusar Rayon Polis Şöbəsinin şəxsi heyyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüsalə İsrafilova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vəfa Dəmirova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.