Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Göyçay rayon sakini Qadir Rəfiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda əlillərə göstərdikləri köməkliyə görə RPŞ-nin rəisi Sənan Əsədova və şəxsi heyətlə iş üzrə rəis köməkçisi Qəhrəman Vəliyevə minnətdarlığını bildirir.

Şabran rayon sakini Şamil Məcidov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şabran RPŞ-nin əməkdaşı Mütəllim Məhərrəmovun xidməti fəaliyyətini yüksək qiymətləndirərək, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirir.

Quba rayon sakini Aydın Fətəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətova təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Qalib Əliyev üzləşdiyi problemin həlli ilə bağlı aparılan operativ araşdırmaya və ona dəymiş ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu şikayət ərizəsi ilə Nəsimi Rayon Polis İdarəsinə etdiyi müaraciətdən sonra bir neçə şəxs tərəfindən mənimsənilən 4500 manatın qısa müddət ərzində qaytarıldığına görə DİN rəhbərliyinə və RPİ-nin İstintaq şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Polis veteranı Əkbər İsayev veteranlara göstərdiyi köməkliyə, diqqət və qayğıya görə Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayevə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Emil Kazımov avtomobilinin qaçırılması ilə bağlı etdiyi müraciətə Bakı Şəhər Baş Polis İdarəsində verilən çevik reaksiyaya və üzləşdiyi problemin həllinə görə minnətdarlığını ifadə edir.

Neftçala rayon sakini Hüseyn Cavadov ölkəmizdəki sabitliyin qorunmasında gecəli-gündüzlü fədakar xidmət aparan həmkarlarımızdan razılığını ifadə edir.

Bir qrup Ağcabədi rayon sakini cinayətkarlığa və narkomaniyaya qarşı mübarizədə, eləcə də yollarda təhlükəsizliyin təmin ediləməsində göstərdiyi xidmətə görə Ağcabədi Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir.