Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.01.2020 - Bakı şəhər sakini Fanar Dadaşov yol polisi əməkdaşlarının fəaliyyəti barədə...
Bakı şəhər sakini Fanar Dadaşov yol polisi əməkdaşlarının fəaliyyəti barədə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb.
Müəllif yazır: “2019-cu il dekabrın 30-da avtomobilimlə gəlinimi Bayıl qəsəbəsində yerləşən doğum evinə aparırdım. Lakin böyük tıxac olduğundan yolda çətinliklə üzləşdim. Bu zaman həmin ərazidə xidmət aparan 501 nömrəli Yol Patrul Xidməti avtomobilinə yaxınlaşaraq vəziyyəti anlatdım və kömək istədim. Həmin Yol Polisi əməkdaşı dərhal bizi öz xidməti avtomobilinə əyləşdirərək təcili xəstəxanaya çatdırdı”. T.Dadaşov məktubunda polis əməkdaşlarının belə humanistliyinə və göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və 501 nömrəli Yol Patrul Xidməti avtomobilində xidmət aparan polis əməkdaşlarına təşəkkürünü bildirir.27.01.2020 - “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova dələduzluq...
“PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova dələduzluq niyyəti ilə sığorta ödənişi tələb edən şəxslərin ifşa olunmasında köməklik göstərdiyinə görə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.
27.01.2020 - Cəlilabad rayon Ağsaqqallar Şurasının üzvü Akif Hüseynov sabitliyin və...
Cəlilabad rayon Ağsaqqallar Şurasının üzvü Akif Hüseynov sabitliyin və asayişin keşiyində ayıq-sayıq dayanan, narkotiklərlə mübarizədə qətiyyət göstərən, gəncliyimizi və gələcəyimizi təhdidlərdən qoruyan polisimizə, xüsusən də Cəlilabad RPŞ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.
27.01.2020 - Lənkəran rayon sakini Arif Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Lənkəran rayon sakini Arif Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda Rayon Mühafizə Şöbəsinin rəisi, polis polkovniki Kərəm Ağalarovun gənc əməkdaşlara göstərdiyi diqqət və qayğıdan razılığını ifadə edir.
27.01.2020 - Şəki rayon sakini Elyaz Gülüyev öz vəzifə borclarının öhdsindən layiqincə...
Şəki rayon sakini Elyaz Gülüyev öz vəzifə borclarının öhdsindən layiqincə gələn, vətəndaşlarla xoş ünsiyyət quran, səmimiyyət nümayiş etdirən həmkarlarımızdan razılığını ifadə edir.
27.01.2020 - Sumqayıt şəhər sakini Məhəmməd Əhmədov dələduzluqla bağlı müraciətinə...
Sumqayıt şəhər sakini Məhəmməd Əhmədov dələduzluqla bağlı müraciətinə baxılaraq obyektiv araşdırıldığına və ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.
25.01.2020 - Sumqayıt şəhər sakini Kərim Rəhimli Şəhər Polis İdarəsinə etdiyi müraciətinə...
Sumqayıt şəhər sakini Kərim Rəhimli Şəhər Polis İdarəsinə etdiyi müraciətinə obyektiv baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və ŞPİ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.
25.01.2020 - Ağcabədi rayon sakini Məhəmməd Səfərov DİN-ə təşəkkür məktubu ünvanlayıb. O,...
Ağcabədi rayon sakini Məhəmməd Səfərov DİN-ə təşəkkür məktubu ünvanlayıb. O, RPŞ-yə etdiyi müraciətinə həssaslıqla yanaşıldığını və ədalətli baxıldığını bildirir. M.Səfərov şəhid ailəsi və veteran nəvəsi olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Rayon Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlıq edir.
25.01.2020 - Bakı şəhər sakini Lətif Mehdiyev oğlu Allahverən Mehdiyevin daxili işlər...
Bakı şəhər sakini Lətif Mehdiyev oğlu Allahverən Mehdiyevin daxili işlər orqanlarında xidmətə yenidən qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.