Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elfana Amiraslanova DİN-in “Instagram” səhifəsi vasitəsilə təşəkkür məktubu ünvanlayıb: “Avqust ayında Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq rayon polis idarəsinin rəhbərliyi tərəfindən qəbul olundum, aparılan təhqiqat araşdırması ilə bağlı müvafiq tapşırıqlar verildi. Göstərilən operativ xidmətə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini, şəhid ailəsi olan Qara Mustafayev məktubunda qızının daxili işlər orqanlarında xidmətə qəbul edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Sosial şəbəkə istifadəçisi Anar Əzimov müraciətində narkotiklərə qarşı mübarizədə göstərdikləri cəsarət və fədakər xidmətlərinə görə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vəkillər Kollegiyasının üzvü Emin Babayev qarşılaşdığı problemin həllində göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Məhəmmədəli Məcidov yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini, ona göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə və ümumilikdə Azərbaycan polisinə minnətdarlığını bildirir. 

Quba rayon sakini Abdullətif Mayılov ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərildiyinə görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Orxan Səmədov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciəti ilə əlaqədar polis orqanında obyektiv araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırmalara və operativliyə görə DİN rəhbərliyinə təşəkkür edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.

Vətəndaş Emil Mustafayev müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə özünün və ailəsinin təhlükəsizliyinin təmin olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır. 

Vətəndaş Murad Dadaşovun Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə özü, və işlədiyi şirkətin əməkdaşları adından polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.