Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.01.2020 - Ağsu rayonu Muradlı kənd sakini Fariz Nəsirov DİN rəhbərliyinə göndərdiyi...
Ağsu rayonu Muradlı kənd sakini Fariz Nəsirov DİN rəhbərliyinə göndərdiyi təşəkkür məktubunda ona məxsus mağazadan oğurluq etmiş şəxsin qısa zaman kəsiyində tutularaq istintaqa təhvil verilməsində əsl peşəkarlıq göstərən Ağsu RPŞ-nin əməkdaşlarına təşəkürünü bildirir.
20.01.2020 - Vətəndaş Hüseyin Xurşudov təşəkkür məktubunda üzləşdiyi çətinliklə bağlı ona...
Vətəndaş Hüseyin Xurşudov təşəkkür məktubunda üzləşdiyi çətinliklə bağlı ona göstərilən köməyə görə DİN və Göyçar RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
20.01.2020 - Qarabağ müharibəsi əlili Əlisahab Əzizov DİN rəhbərliyinə ünvanladığı...
Qarabağ müharibəsi əlili Əlisahab Əzizov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına, özünə göstərilən diqqət və qayğıya görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.
20.01.2020 - Şəki şəhər sakini Cəsarət Hüseynov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu...
Şəki şəhər sakini Cəsarət Hüseynov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayaraq ŞRPŞ Dövlət Yol Polis Bölməsinin əməkdaşlarının xidməti fəaliyyətindən razılıq edib, minnətdarlığını bildirir.
20.01.2020 - Bakı şəhər sakini Zinyət Tağıyeva Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Zinyət Tağıyeva Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda ona dəymiş maddi ziyanın tam ödətdirildiyinə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
17.01.2020 - Bakı şəhər sakini Samir Məmmədov yaşadığı ünvanda üzləşdiyi problemlə...
Bakı şəhər sakini Samir Məmmədov yaşadığı ünvanda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
17.01.2020 - Ağdaş rayonunun Dovudlu kənd sakini Akif Qasımov müraciətinin Sabunçu Rayon...
Ağdaş rayonunun Dovudlu kənd sakini Akif Qasımov müraciətinin Sabunçu Rayon Polis İdarəsində obyektiv araşdırılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.01.2020 - Rusiya Federasiyasının vətəndaşı Yana Ryabçikova ölkəmizdə fəaliyyət göstərən...
Rusiya Federasiyasının vətəndaşı Yana Ryabçikova ölkəmizdə fəaliyyət göstərən internet saytlarından birinin əməkdaşları tərəfindən dələduzluğa məruz qalması barədə Azərbaycan Daxili İşlər Nazirliyinə müraciətinin müsbət həll olunduğunu bildirir. O, müvafiq araşdırmaların aparılaraq, təqsirləndirilən şəxslər barədə tədbirlər görüldüyünə, ona dəymiş maddi zərərin ödətdirilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.01.2020 - Vətəndaş Məleykə Şükürova öz məktubunda müraciətinin müsbət həll olunmasında...
Vətəndaş Məleykə Şükürova öz məktubunda müraciətinin müsbət həll olunmasında göstərilən köməkliyə görə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.