Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Tural Əmiraslanov evindən oğurluq edilməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasına, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini, 1-ci qrup əlil olan Elbrus Nəzərəliyev DİN-ə ünvanladığı məktubunda hər zaman polis əməkdaşlarından özünə qarşı diqqət və qayğı gördüyünü yazır. O, Azərbaycan polisi ilə fəxr etdiyini bildirir, nümunəvi fəaliyyətlərinə görə bütün polis əməkdaşlarına minnətdarlığını ifadə edir.

İnstagram izləyicimi Mirsaleh Qafarlının (salehqafarli) təşəkkür mesajı: “Azərbaycan Polisinin hər zaman olduğu kimi, koronavirus pandemiyası dövründə də şücaətini, qətiyyətini, eyni zamanda, humanistliyini, canıyananlığını və sədaqətliliyini gördük. İmişli Rayon Polis Şöbəsinin əməkdaşları da hər zaman rayon sakinlərinin təhlükəsiz yaşamaları üçün öz peşə fəaliyyətlərini yerinə yetirirlər. Rayon sakinləri ilə doğma münasibət yarada bilən İmişli RPŞ-nin rəhbərliyi və şəxsi heyəti sakinlərin rəğbətini qazanıb. DİN rəhbərliyinə və İmişli RPŞ-nin əməkdaşlarına təşəkkür edirəm.”

Vətəndaş Vaqif Behbudov polis əməkdaşlarını 2 iyul – peşə bayramı münasibətilə təbrik edir, xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Samir Mahmudovun DİN-ə ünvanladığı təşəkkür məktubu: “Azərbaycan Polisi, unutmayın ki, biz sizi çox sevirik. İndiki dövr hər nə qədər çətin olsa da , bundan daha gözəl günlər də gələr. Mənim polisim məni qoruyur. ”

Bakı şəhər sakini Hüseyn Hümbətov karantin rejimi dövründə pandemiyanın qarşısının alınması və insanların sağlamlığının qorunması üçün həyatlarını belə riskə ataraq gecə-gündüz xidmət aparan, öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirən polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

“Polisazerbaycan” adlı “İnstagram” səhifəmizin izləyicisi səhifə vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığına və məsələnin həll edildiyinə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkür edir.

“Qanun sorağında” qəzetinin baş redaktoru Zaur Allahverdiyev Daxili İşlər Nazirliyinin şəxsi heyətini 2 iyul – polis əməkdaşlarının peşə bayramı münasibəti ilə təbrik edir, xidmətdə uğurlar arzulayır.

Xırdalan şəhər sakini Tofiq Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda karantin rejimi dövründə pandemiyanın qarşısının alınması və insanların sağlamlığının qorunması üçün həyatlarını belə riskə ataraq gecə-gündüz xidmət aparan, öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirən polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.