Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Faktiki olaraq Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan Adilə Mürsəlova göndərdiyi məktubda bildirir ki, oktyabrın 6-da, gecə saat 04:00 radələrində dəmir barmaqlıqları kəsmək yolu ilə bir nəfərin evə daxil olmağa çalışdığını görüb dərhal “102” Xidməti Zəng Mərkəzinə zəng vurub. Evə girməyə macal tapmış şəxs ailə üzvlərindən hədə-qorxu yolu ilə pul və qiymətli əşyalar tələb edib. Lakin hadisə yerinə dərhal Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşlarının gəlməsi həmin şəxsin planlarını alt-üst edib. Polis leytenantı Arif Məmmədov böyük cəsarət və igidlik göstərərək cinayətkarı zərərsizləşdirə bilib. Bu zaman o bədən xəsarəti alsa da, hazırda, sağlamlığında ciddi problem yoxdur. A.Mürsəlova Arif Məmmədov kimi polis əməkdaşları ilə fəxr etdiyini yazır və göstərdiyi şücaətə görə ona dərin təşəkkürünü bildirir. Vətəndaş həmçinin DİN rəhbərliyinə də minnətdarlıq edir.

Yasamal rayon sakini Xatuna Məmmədova göndərdiyi məktubda yazır ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ona qarşı cinayət törətmiş şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunmasında yüksək peşəkarlıq göstəriblər. Vətəndaş buna görə DİN rəhbərliyinə və bu işdə əməyi keçən hər bir polis əməkdaşına təşəkkürünü bildirir.

Faktiki olaraq Lənkəran rayonunda yaşayan Yadigar Mirzəyev göndərdiyi məktubda etdiyi müraciətinə qısa müddət ərzində baxıldığı üçün DİN rəhbərliyinə minnətdarlıq edir.

“Sizdən çox xahiş edirəm, o polisi tapın, heç olmasa, adını, şəklini qəzetinizdə verin ki, qoy insanlarımız belə mərd oğulları, ölümün üstünə gedən Polisi tanısınlar. Mən, övladlarım, bir sözlə, həmin gün evimizdə olan hər kəs həyatımızı ona borcluyuq”... Bu sətirlər Sabunçu rayon sakini Adilə Mürsəlovanın DİN-ə ünvanladığı təşəkkür məktubundandır. O, oktyabrın 6-da səhər saatlarında evlərinə oğurluq məqsədi ilə girmiş şəxsin zərərsizləşdirilməsində əsl şücaət göstərən, hətta bir neçə yerindən bıçaq yarası alan Sabunçu RPİ 13-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı Arif Məmmədova minnətdarlığını bildirir.

Saatlı rayon sakini Rəşad Əzizov şikayət ərizəsinə qısa müddət ərzində baxıldığı və üzləşdiyi problemin tez bir zamanda öz həllini tapdığı üçün DİN rəhbərliyinə təşəkkür edir.

Akif Zamanov sabitliyin keşiyində ayıq-sayıq duran həmkarlarımıza təşəkkürünü bildirir.

Oğuz rayon sakini Məruzə İsayeva şikayət ərizəsinə qısa müddət ərzində baxıldığı və məsələnin tez bir zamanda öz həllini tapdığı üçün DİN rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Fərid Məmmədov minnətdarlıq məktubunda yazır ki, onlara dəymiş ziyanın ödətdirilməsi ilə bağlı etdikləri müraciətə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən obyektiv baxılmış, onların haqlı olduğu sübuta yetirilmişdir. Buna görə, vətəndaş DİN rəhbərliyinə və BŞBPİ-nin əməkdaşlarına öz dərin təşəkkürünü bildirir.

Binəqədi rayonu 276 nömrəli məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev yazır ki, bu gün polisimiz cinayətkarlıqla ciddi mübarizə aparmaqla, asayişin keşiyində ayıq-sayıq durmaqla yanaşı, həm də gələcəyimiz olan gəncliyimizi, fidan balalarımızı düşünüb narkomaniyayla mübarizədə də qətiyyətini əsirgəmir. Bu məqsədlə rayonun bütün məktəblərində tədbirlər keçirilir, qapımızı səssiz döyən bəlanın qarşısını almaq üçün maarifləndirməyə xüsusi önəm verilir.