Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

İnstaqram izləyicisi Elnarə Məmmədova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Faiq Hacıyev ona məxsus olan əşyasının oğurlanması ilə bağlı müraciətinə operativ baxılaraq onun tapılıb təhvil verilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Feysbuk izləyicisi Ehtiram Əliyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq üzləşdiyi problemin həllində göstərdikləri köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

İnstaqram izləyicisi Toğrul Hüseynov pul qabının itməsi ilə əlaqədar müraciətinə operativ baxılaraq onun tapılıb verilməsinə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Firuzə Məmmədova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Yevlax rayon sakini Güldəstə Əmiraslanova müraciətinin müsbət həllinə görə minnətdarlığını bildirir.

Bir qrup Bərdə rayon sakini peşə fəaliyyətini layiqincə yerinə yetirən Rayon Polis şöbəsinin əməkdaşlarına və rəhbərliyinə təşəkkür edir.

Beyləqan rayon sakini Əjdər İsayev müraciətinin müsbət həllinə görə minnətdarlıq edir.

Tovuz rayon sakini Kəmalə Məmmədova müraciətinin müsbət həllinə görə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Mən polisin operativliyinə şahid oldum. Naxçıvan polisində yaradılmış effektli xidmətə görə, ölkə və DİN rəhbərliyinə təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan polisi!”.