Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayon sakini Hümbət Musayev RPŞ-nin əməkdaşlarının fəaliyyətindən razılığını ifadə edir.

Gədəbəy rayonu İnəkboğan kənd sakini Qərənfil İsmayılova DİN-ə ünvanladığı minnətdarlıq məktubunda vəzifə borcunu layiqincə yerinə yetirdiyinə və vətəndaşlarla yaratdığı xoş münasibətə görə BPQMİ-nin şöbə rəisi Jalə Nəsibovadan razılıq edir və təşəkkürünü bildirir.

Cəlilabad şəhər sakini Qaçay Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayondakı mağazalardan birində satıcı işləyən qızın epileptik qıcolması tutan zaman ona ilkin tibbi yardım göstərərək həyatını xilas etdiyinə görə Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi, polis mayoru Şaiq Ağayevə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Səadət Əhmədova DİN-ə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə əlaqədar müraciətinə qısa müddətdə baxılaraq şikayətinin təmin edilməsində və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Səbail RPİ-nin rəhbərliyinə, xüsusən şəxsi heyətlə iş üzrə rəis köməkçisi Emil Cavadova təşəkkürünü bildirir.

Ağsu rayon sakini Güllü Məmmədova və ailəsi adından DİN rəhbərliyinə ünvanlanan təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Ağsu RPŞ-nin rəisi Fəxrəddin Abbasovdan razılıq edir və minnətdarlığını ifadə edir.

Ağsu rayon sakini Davud Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizəyə, vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasovdan razılığını bildirir.

Bakı şəhər sakini Selcanxatun Hacıbalayeva müraciətinə cevik reaksiya verərək ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fərhad Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə, yollarda təhlükəsizliyin təminində polisin rolunu yüksək dəyərləndirir.

Astara rayonunun Maşxan kənd sakini Aslan Məmmədov öz təşəkkür məktubunda insanların hüquq və azadlıqlarının qorunması sahəsində görülən tədbirlərə və polis orqanlarında çalışan kadrların peşəkarlığının artırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir, həmçinin bu cür peşəkar və işinə məsuliyyətlə yanaşan əməkdaşlardan biri olan Astara RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Eltay Mikayılovdan razılığını bildirir.