Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Mətanət Mirzəhmədova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakinləri Əlsahib Məmmədov və Eynulla Alıyev rayonda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də ehtiyacı olan ailələrə göstərdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Ağsu RPŞ-nin şəxsi heyətinə təşəkkürlərini ifadə edirlər.

Bakı şəhər sakini İlahə Qurbanova taksidə pul qabını itirməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılaraq ona qaytarılmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını yazır.

Cənubi Afrika Respublikasının vətəndaşı İzamuddin İsmail üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Lənkəran şəhər sakini Nərmin Kazımova koronavirusa yoluxmaları səbəbi ilə müalicə almaları üçün müvəqqəti xəstəxanaya yerləşən zaman yaşadıqları evin təhlükəsizliyinin təmin edilməsində xidməti fəaliyyətlərini layiqincə yerinə yetirərək göstərdikləri köməyə görə Lənkəran ŞRPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Xalidə Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda avtomobillərində yaranan nasazlıq səbəbindən köməksiz vəziyyətdə qaldığı zaman onlara göstərdikləri köməyə görə Post-Patrul Xidməti Bölüyü əməkdaşlarına minnətdarlığını bildirir. Azərbaycan Polisinin vətəndaşlara göstərdiyi peşəkar və operativ xidməti yüksək dəyərləndirir və fəaliyyətlərində uğurlar diləyir.

Sumqayıt şəhər sakini Taleh Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirir. Azərbaycan Polisinin vətəndaşlara göstərdiyi peşəkar və operativ xidmətini yüksək dəyərləndirir və fəaliyyətlərində uğurlar diləyir.

Ağsu rayon sakini Əlşah Dəmirov DİN rəhbərliyinə ünvanladığı məktubda övladının daxili işlər orqanlarında xidmətə bərpa olunmasında göstərilən köməyə görə minnətdarlığını bildirir. O, vətəndaş münasibətlərinə həssaslıqla yanaşılmasından məmnunluğunu yazır.

Kəlbəcər rayon sakini Əlzamin Məmmədov ünvanladığı təşəkkür məktubunda məskunlaşdığı Bərdə rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.