Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.09.2020 - DİN-in Facebook səhifəsinin izləyicisi, Trend İnformasiya Agentliyinin...
DİN-in Facebook səhifəsinin izləyicisi, Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Güləliyev səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyinə, baxılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
22.09.2020 - Bərdə rayonunda yaşayan Kəlbəcər rayon sakini Əlzamin Mamedov rayon...
Bərdə rayonunda yaşayan Kəlbəcər rayon sakini Əlzamin Mamedov rayon ərazisində polis əməkdaşları tərəfindən cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli tədbirlərə görə DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
22.09.2020 - DİN-in rəsmi “İnstagram” səhifəsinin “online_paltar_sumkalar” adlı...
DİN-in rəsmi “İnstagram” səhifəsinin “online_paltar_sumkalar” adlı izləyicisi, Gəncə şəhər sakini Zülfiyyə İsayeva səhifə vasitəsi ilə etdiyi müraciətə operativ reaksiya verilərək öz həllini tapdığı üçün DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.
22.09.2020 - Quba rayon sakini Ağası Qurbanov DİN-ə ünvanladığı məktubunda müraciətinə...
Quba rayon sakini Ağası Qurbanov DİN-ə ünvanladığı məktubunda müraciətinə obyektiv baxıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməyə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.09.2020 - Bakı şəhər sakini Allahverdi Balakişiyev DİN-ə ünvanladığı məktubunda torpaq...
Bakı şəhər sakini Allahverdi Balakişiyev DİN-ə ünvanladığı məktubunda torpaq sahəsinin zəbt olunması ilə bağlı müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin İstintaq şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.09.2020 - Gəncə şəhər sakini Rafiq Xudaquluyev DİN rəhbərliyinə ünvanladığı...
Gəncə şəhər sakini Rafiq Xudaquluyev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda 02 avqust 2020-ci il tarixində şəhər ərazisində anidən səhhətinin pisləşməsi zamanı ilkin tibbi yardım göstərən DİN-in Daxili Qoşunlarının əməkdaşı, gizir Nicat Abdullayevdən razılığını bildirir.
21.09.2020 - Ağdam rayon sakini Cəmaləddin Mirzəyev müraciətinə obyektiv, hərtəfəfli və...
Ağdam rayon sakini Cəmaləddin Mirzəyev müraciətinə obyektiv, hərtəfəfli və vaxtında baxılmasına, ictimai asayişin və təhlükəsizliyin qorunub saxlanılmasına görə DİN rəhbərliyinə, BDYPİ-nin rəisi Ramiz Zeynalova və Ağcabədi rayon Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Fərid Mayılova minnətdarlığını bildirir.
21.09.2020 - Şabran rayon sakini Ərəstun Kamilov xidməti və vəzifə borclarını layiqincə...
Şabran rayon sakini Ərəstun Kamilov xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Şabran RPŞ-nin əməkdaşlarına ünvanladığı təşəkkür məktubunda razılıq və təşəkkürünü ifadə edir.
21.09.2020 - Ağsu rayon sakini Şahmar Əliyev koronavirus pandemiyasının Azərbaycanda geniş...
Ağsu rayon sakini Şahmar Əliyev koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində sakinlərlə maarifləndirmə işləri apardıqlarına və karantin qaydalarına ciddi əməl edilməsinə görə DİN rəhbərliyinə və Ağsu RPŞ-nin əməkdaşlarına ünvanladığı təşəkkür məktubunda məmnunluq ifadə edir.