Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lerik rayon Küsəkəran kənd sakini Rəfail İsiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və ictimai asayişin qorunmasına və cinayətkarlığa qarşı aparılan mübarizəyə görə Lerik RPŞ-nin rəhbərliyinə minnərdarlığını bildirir.

Cəlilabad şəhər sakini Mirbağır Cabbarov öz təşəkkür məktubunda etdiyi müraciətin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində obyektiv şəkildə araşdırılmasına və ona dəyən maddi ziyanın tam şəkildə ödənilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Cəlilabad rayon Kövüzbulaq kənd sakini Abasəli Nağıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vaxtında edilmiş köməklik və müdaxilə nəticəsində qızının həyatının xilas edilməsinə görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Lənkəran şəhər sakini Bəsti Quliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda evindən oğurluq edən şəxsin müəyyən edilərək saxlanılmasına görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarına, xüsusilə ŞRPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis baş leytenantı Rasif Hüseynovdan razılığını bildirir və minnətdarlığını ifadə edir.

Bərdə rayon sakini Telman Orucov DİN-ə ünvanladığı təşəkkür məktubunda ona göstərilən səmimi diqqət və qayğıya görə Bərdə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir.

Əlcəzair Xalq Demokratik Respublikasının Bakıdakı Diplomatik Missiyasından Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubda ölkəmizdəki Əlcəzair vətəndaşları ilə bağlı sorğularının ətraflı cavablandırılmasına, həmçinin onların qarşılaşdıqları problemlərin həllində hər zaman “102” Zəng Mərkəzi Xidmətinin və Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkür ifadə olunur.

“Notarius fəaliyyətinin elmi-metodik təminat mərkəzinin” direktoru Sklyarova N.D. muxtar qeyri-kommersiya təşkilatı adından müraciət edərək, əlavə peşə təhsili məqsədi ilə 2019-cu ilin sentyabrında “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Rusiya notariusları üçün təlimin təşkilində göstərilən dəstəyə görə razılığını bildirir. Burada yaradılan şəraitə, səliqə-sahmana, personalın səmimi və qayğıkeş münasibətinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Cavid Xıdırov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimasi asayişin qorunmasına, sabitliyin yüksək səviyyədə təmin edilməsinə, cinayətkarlığa qarşı aparılan mübarizəyə görə Hacıqabul RPŞ-nin rəisi Məmməd Hüseynova, rəis müavini Rüfət Quliyevə və Təhqiqat bölməsinin rəisi Samir Həsənova öz minnətdarlığını bildirir.

Masallı rayonunun Qəriblər kənd sakini İmamyar Allahyarov öz təşəkkür məktubunda xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.