Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Alsu Nuruyeva məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Bakı şəhər sakini Daşqın Zeynalov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinin obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Naxçıvan şəhər sakini Azər Mustafayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fikrət Zeynalov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Əli Rzayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinin obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Samir Əkbər DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığını, Nizami Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nizami RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Rəşad Əliyev DİN-in “Instagram” səhifəsinə minnətdarlıq məktubu yazaraq üzləşdiyi dələduzluq hadisəsi barədə Nərimanov RPİ 16-cı Polis Şöbəsinə etdiyi müraciətin nəzarətə götürüldüyünü, ona dəymiş maddi ziyanın tam ödənildiyini qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Jurnalist Ləman Ələşrəfqızı DİN-in “Facebook” səhifəsinə təşəkkür məktubu yazaraq narkotiklərə qarşı barışmaz mübarizədə göstərdikləri peşəkar xidmətlərə görə DİN rəhbərliyinə və Nəsimi RPİ 19-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Hüseyn Zeynalov DİN-in “Instagram” səhifəsinə minnətdarlıq məktubu yazaraq baş verimiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.