Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Şərqiyyə Cəlili baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və səmimi qəbula görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, hüquqlarının izah olunmasında göstərilən köməkliyi yüksək dəyərləndirir.

Vətəndaş Əfsanə Rüstəmova müraciətinə operativ baxılmasına, obyektiv araşdırma aparılaraq probleminin həllini tapmasında ona göstərdikləri köməkliyə görə Baş Mühafizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Vətəndaş Vüsal Məmmədov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı operativ və obyektiv araşdırma aparılmasına görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Etibar Qarayev qəfildən halı pisləşən anasının tez bir zamanda xəstəxanaya çatdırılmasında göstərdikləri köməkliyə görə Baş Dövlət Yol Polisi əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini təqdir edir.

Sosial şəbəkə istifadəçisi Elena Vyalkova DİN-in “Facebook” səhifəsinə təşəkkür məktubu yazaraq üzləşdiyi dələduzluq hadisəsi barədə Nərimanov RPİ 17-ci Polis Şöbəsinə etdiyi müraciətin nəzarətə götürüldüyünü, qısa müddətdə ona qarşı dələduzluq edən şəxsin müəyyən edilərək dəymiş maddi ziyanın tam ödənildiyini qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Namiq Abbasov DİN-in “Instagram” səhifəsinə minnətdarlıq məktubu yazaraq baş verimiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə müraciət etdiyini, aparılan araşdırmalardan razı qaldığını qeyd edərək Nərimanov RPİ-nin əməkdaşlarına və Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Rəhbər Hüseynov DİN-in “Instagram” səhifəsinə minnətdarlıq məktubu yazaraq müraciətinin müsbət həll olunduğuna görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Masallı rayon sakini Elvin İsgəndərov DİN rəhbərliyinə təşəkkür məktubu yazaraq Masallı Rayon Polis İdarəsinə etdiyi müraciətin nəzarətə gtürüldüyünü, onu narahat edən məsələnin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini İsa Qəhrəmanov teleqramında müraciətinə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü qeyd edir. O, müraciətinə diqqətlə yanaşılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.