Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayon sakini Mərziyə Xubalıyeva evindən oğurluq edən şəxsin müəyyən olunmasına və ona dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir

Sosial şəbəkə izləyicisi Şükran Bayramlı və Masallı rayon sakini Ceyhun Məmmədov üzləşdikləri çətinliklə bağlı Biləsuvar Rayon Polis Şöbəsinə etdikləri müraciət əsasında onlara köməklik göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə minnətdarlıqlarını bildirirlər.

Biləsuvar rayon sakini İlyas Mirzəyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarına öz təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Kamran Kazımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində baş verən cinayətlərin qısa zaman ərzində açılmasının təmin edilməsinə və cinayətkarlığa qarşı mübarizədə görülən tədbirlərə görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Biləsuvar rayon sakini Hüseyn Süleymanov müraciətlərinin Binəqədi RPİ-də obyektiv araşdırılmasına və onlara dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.

Cəlilabad rayon sakini Saleh Güləliyev xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Azərbaycan Polisinə öz minnətdarlığını ifadə edir.

Astara rayonunun bir qrup sakini rayon ərazisində nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsinə, baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində görülən profilaktik tədbirlərə görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Yardımlı rayon sakini Rəşid Almasov narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Yardımlı RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Şəki rayon sakini Valeh Rəsulov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.