Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bir qrup Bərdə rayon sakini peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Bərdə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Səbuhi Məmmədli müraciətinə operativ reaksiya göstərilməsinə Beyləqan RPŞ-nin əməkdaşlarına təşəkkür edir. 

Bakı şəhər sakini Vüqar Cabbarov üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxsin saxlanılmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Suraxanı RPİ 32-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Bakı şəhər sakini Fidan Zahidova taksi sürücüsü tərəfindən kobud rəftara, eyni zamanda təhqirə məruz qalması ilə əlaqədar polisə müraciət etdiyini yazır. Bildirir ki, müraciətinə dərhal reaksiya verilmiş və taksi sürücüsü məsuliyyətə cəlb olunmuşdur. Buna görə Yasamal RPİ 28-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Pərvanə İsmayılova pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

Sosial şəbəkə istifadəçisi Qəmər Əhmədova pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Cəlilabad rayon sakini Mətanət Paşayeva Vətən müharibəsi şəhidi olan oğlunun abidəsində abadlıq işlərinin aparılmasına kömək göstərilməsi ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşılmasına və dərhal müvafiq köməyin göstərilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakinləri Davud Feyziyev və Günay Əliyeva, Biləsuvar rayon sakini Anar Məcidov onları narahat edən məsələlərlə bağlı etdikləri müraciətə müsbət reaksiya verildiyinə və köməklik göstərildiyinə görə DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə edirlər. 

Sosial şəbəkə izləyicisi Elnur Qasımov vətəndaş müraciətlərinə həssas reaksiya göstərilməsinə, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizəyə görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.