Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayon sakini Bəhruz Əliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə dərhal reaksiya verilərək müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Gədəbəy rayon sakini Cavid Aliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə və Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Taksi fəaliyyəti ilə məşğul olan Edilson Qasımov, Akif Abbasov, Elbrus Mirzəliyev və Abdulla Sayılov məktublarında müştərilər tərəfindən onlara saxta əskinas verilməsi halları ilə bağlı müraciətlərinə çevik reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Tahir Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə Xətai RPİ 37-ci Polis Şöbəsində operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Şəhid polis əməkdaşının övladı Vaqif Behbudov vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına, xüsusən də şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Səbinə Orucova avtomobil idarə etdiyi zaman səhhətində yaranan problem zamanı köməyinə çatan Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Ağalar Əmənov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı operativ və obyektiv araşdırma aparılmasında ona göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin  əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Vəcahət Cəfərova dələduzluğa məruz qalması ilə bağlı şikayətinə operativ baxılaraq ona dəyən ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin peşəkar xidmətindən qürur duyduğunu yazır.

Ağdam rayon sakini Sadiq Əzimov müraciətinin müsbət həll edilməsinə görə  DİN rəhbərliyinə minnətdarlıq edir.