Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.12.2020 - Reportyor.info saytının baş redaktoru Arifə Əliyeva DİN rəhbərliyinə və Baş...
Reportyor.info saytının baş redaktoru Arifə Əliyeva DİN rəhbərliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə razılığını ifadə edir.
02.12.2020 - Vətəndaş Elçin Vəliyev müraciətinə operativ şəkildə baxıldığına, eyni zamanda...
Vətəndaş Elçin Vəliyev müraciətinə operativ şəkildə baxıldığına, eyni zamanda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinə əməkdaşlarına minnətdarlığını bildirir.
01.12.2020 - DİN-in “instagram” səhifəsinin izləyicisi Röyalə Qasımova (Qasimovaroyale)...
DİN-in “instagram” səhifəsinin izləyicisi Röyalə Qasımova (Qasimovaroyale) hesabından yazaraq qonşuluqda yaşayan şəxs tərəfindən narahat edildiyi barədə etdiyi müraciətinə dərhal reaksiya verilməklə məsələnin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.12.2020 - DİN-in “Facebook” səhifəsinin izləyicisi Hüseynağa Mahmudov (Sherig AG)...
DİN-in “Facebook” səhifəsinin izləyicisi Hüseynağa Mahmudov (Sherig AG) hesabından yazaraq oğlunun üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətə Nəsimi Rayon Polis İdarəsinin 20-ci PB-nın əməkdaşları tərəfindən operativ reaksiya verildiyi və məsələnin müsbət həll olunduğu üçün daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.
01.12.2020 - Quba rayon Hacıhüseynli kənd sakini Vəfa Misirxanova üzləşdiyi problemlə...
Quba rayon Hacıhüseynli kənd sakini Vəfa Misirxanova üzləşdiyi problemlə bağlı müraciətinə Quba Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal reaksiya verildiyi üçün daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirir.
30.11.2020 - Neftçala rayon sakini Əli Nağıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Neftçala rayon sakini Əli Nağıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai sabitliyin təminində, cinayətkarlıqla mübarizədə, qayda-qanunlara riayət olunmasında Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və qürur duyduğunu qerd edir.
30.11.2020 - Bakı şəhər sakini Elnarə Orucova DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Elnarə Orucova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərdikləri köməyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını təqdir edir.
24.11.2020 - Vətəndaş Sadiq Həbibullayev yolda avtomobilinin nasaz vəziyyətə düşməsi ilə...
Vətəndaş Sadiq Həbibullayev yolda avtomobilinin nasaz vəziyyətə düşməsi ilə əlaqədar stasionar posta etdiyi müraciətə həssaslıqla yanaşılaraq üzləşdiyi problemin həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.11.2020 - Bərdə rayon sakini Hikmət İbrahimov ünvanladığı təşəkkür məktubunda qanunun...
Bərdə rayon sakini Hikmət İbrahimov ünvanladığı təşəkkür məktubunda qanunun aliliyinin, ictimai asayişin və ictimai təhlükəsiziyin təmin edilməsində, cinayətkarlıqla qətiyyətli mübarizədə vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Bərdə RPŞ-nin əməkdaşlarına minnətdarlığını yazır.