Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.10.2023 - Goranboy rayon sakini Əli Əmraslanov
Goranboy rayon sakini Əli Əmraslanov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda itmiş əşyası ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verildiyinə, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Naftalan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
05.10.2023 - Vətəndaş İdris Bədələov
Vətəndaş İdris Bədələov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.10.2023 - Gəncə şəhər sakini Pərvin Həsənov və Tovuz rayon sakini İsmixan Adıgözəlov
Gəncə şəhər sakini Pərvin Həsənov və Tovuz rayon sakini İsmixan Adıgözəlov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında müraciətlərə operativ reaksiya verilməsinə və vətəndaşların qanuni mənafelərinin etibarlı şəkildə qorunmasına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
05.10.2023 - Vətəndaş Fuad Muradov
Vətəndaş Fuad Muradov Bakı-Qazax avtomagistralında avtomobilində baş vermiş yanğının söndürülməsində göstərdikləri köməkliyə görə ƏÇPA-nın əməkdaşlarına təşəkkür edir.
04.10.2023 - Sosial şəbəkə istifadəçiləri Sabir Dadaşov və Bəhruz Əzizli
Sosial şəbəkə istifadəçiləri Sabir Dadaşov və Bəhruz Əzizli DİN-in “İnstagram” səhifəsinə minnətdarlıq məktubu yazaraq nümunəvi xidmətlərinə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirirlər.
04.10.2023 - Sosial şəbəkə istifadəçisi
Sosial şəbəkə istifadəçisi Pirallahı rayonu S.Bağırov küşəsinin bir qrup sakini adından DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubu ilə tanış oldum.
Müəllif məktubunda ictimai asayişin qorunmasında nümunəvi xidmətlərinə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.10.2023 - Sosial şəbəkə istifadəçisi Tofiq Aliyev
Sosial şəbəkə istifadəçisi Tofiq Aliyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür məktubu yazaraq müraciətinin müsbət həll olunduğuna görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
04.10.2023 - Sosial şəbəkə istifadəçisi Azər Abdullayev
Sosial şəbəkə istifadəçisi Azər Abdullayev DİN-in “İnstagram” səhifəsinə təşəkkür məktubu yazaraq baş verimiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə etdiyi müraciətin operativ və düzgün araşdırılmasından razı qaldığını qeyd edərək DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
04.10.2023 - Sosial şəbəkə istifadəçisi Hüseyin Sadıqov
Sosial şəbəkə istifadəçisi Hüseyin Sadıqov DİN-in “İnstagram” səhifəsinə təşəkkür məktubu yazaraq üzləşdiyi dələduzluq hadisəsi barədə Xətai RPİ 35-ci Polis Bölməsinə etdiyi müraciətin nəzarətə götürüldüyünü, qısa müddət ərzində ona dəymiş maddi ziyanın tam ödənildiyini qeyd edərək DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.