Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran rayon sakini Şəbnəm Tağızadə etdiyi müraciəti üzrə ona müvafiq köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətinə həssas yanaşılmasına görə  DİN rəhbərliyinə və Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Eldar Feyziyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə Astara RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaşlar Qurban Manafov, Şamo Həsənov, Ceyhun Bədirov, Şixqayıb Həsrətov, Elçin Mustafayev, Həzrətəli Məmmədov, Zaur Qəribov və Toğrul Ələkbərov etdikləri müraciətlər üzrə onlara müvafiq köməklik göstərildiyini bildirirlər. Onlar, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Zahir Vətənoğlu xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Yevlax RQİ və TBŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Lənkəran rayon sakini Eldar Babayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq edir.

Yevlax rayon sakini Rüfət Abdullayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, BDYPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Asif Əliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, paytaxtın Xəzər rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunmasına, sosial neqativ halların aradan qaldırılmasına, cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Rasim Abiyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında əşyasını itirməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, müsbət həllinin təmin olunduğunu və əşyanın tapılaraq ona təhvil verildiyini bildirir. O, operativliyə və həyata keçirilmiş tədbirlərə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.  

Vətəndaş Rövşən Cəfərov məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciəti ilə əlaqədar Xətai Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmadan razı qaldığını bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.