Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Yardımlı rayon sakini Mirxas Adiyev DİN-ə yazdığı məktubunda nümunəvi xidmətə, humanistliyə və vətədaşlara qarşı nəzakətli davranışa görə Yardımlı Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Lalə Hacızadə məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhər sakini Mamay Əhmədov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Şəki RŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Samir Nəzəmov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nəzirə Əzizova DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında mobil telefonunu itirməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. Telefonunun qısa zaman ərzində tapılaraq ona təhvil verilməsinə, operativ və həssas münasibətə görə polis əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Anar Rzayev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə problemin həll olunduğunu və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Əcnəbi vətəndaş Saif Waseem DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Səbail RPİ-nin 39-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ramin Babayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Kənan Rəhimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.