Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.08.2026 - Vətəndaş Asif İsayev
Vətəndaş Asif İsayev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
26.08.2026 - Vətəndaş Orxan Şahməliyev
Vətəndaş Orxan Şahməliyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmadan razı qaldığını bildirir. O, operativliyə və obyektiv araşdırmalara görə həmin idarənin əməkdaşlarına təşəkkür edir.
25.08.2026 - Vətəndaş Sahilə Abbasova
Vətəndaş Sahilə Abbasova Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
25.08.2026 - Vətəndaş Emil Əlimərdanlı
Vətəndaş Emil Əlimərdanlı baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.08.2026 - Vətəndaş Vüqar Məmmədli
Vətəndaş Vüqar Məmmədli iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.08.2026 - Vətəndaş Elşad Fərzəliyev
Vətəndaş Elşad Fərzəliyev itkin düşmə hadisəsi ilə bağlı Babək Rayon Polis İdarəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılmaqla qısa zamanda övladının tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu və çevik reaksiya göstərildiyini qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.08.2026 - Vətəndaş Ülvi Səmədov
Vətəndaş Ülvi Səmədov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.08.2026 - Vətəndaş Yasin Əliyev
Vətəndaş Yasin Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.08.2026 - Vətəndaş Mərva Hacızadə
Vətəndaş Mərva Hacızadə dələduzluq hadisəsi ilə bağlı Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.